Sağlamlıq və qocalıq

Sağlamlıq və qocalıq
 

Qalib ARİF:
“Qısa qeydlər” silsiləsindən
Dostlar, həyatda insan üçün hər şeydən, hətta var-dövlətdən və şan-şöhrətdən vacib olan məsələlərdən - SAĞLAMLIQDAN və QOCALIQDAN danışmaq istəyirəm. Əgər sağlam deyilsənsə, sağalmaz xəstəsənsə, var-dövləti neynirsən, cavan deyilsənsə, qocasansa, canın ağrıyırsa, şan-şöhrəti neynirsən?! Düşünürəm ki, hər bir insanı adi diş ağrısı III Dünya müharibəsindən daha çox çox narahat edir...

İndi alimlər də deyir ki, insanın sağlamlığını vaxtsız və yersiz itirməsinin əsas səbəbi təbiətdən uzaqlaşmasıdır. Sağlamlığın itirilməsi isə, ağır xəstəliklərə, vaxtsız qocalığa və həyatla nakam vidalaşmağa gətirir. Təbii ki, burda genetik, nəsillik varislik, ətraf mühitin – havanın və suyun çirklənməsi də öz sözünü deyir. Amma bunlar bizdən asılı deyil, mən bizdən asılı olan, aradan qaldıra biləcəyimiz səbəblərdən danışmaq istəyirəm.

Əhər fikir vermisinizsə, həyatda bütün canlılar üzə bilir. Hətta quşlar da suya düşəndə batmır. Bir insandan başqa... Doğrudur, insan da anadangəlmə, hardasa 3 yaşına qədər üzə bilir, körpə uşaq suda batmır. Sonra təbiətdən uzaqlaşma özünü göstərir, insan üzmək qabiliyyətini tədricən itirir. Amma təbiətdən uzaqlaşmanın nəticələri bununla bitmir, müxtəlif xəstəliklərə gətirir... Hazırda insanlığı ən çox narahat edən və həyatına son verən 3 növ xəstəlikdir: 1. Ürək-damar xəstəlikləri 2. Onkoloji, el arasında xərcçəng adlanan xəstəliklər 3. Onurğa sütunu ilə əlaqəli, "bel ağrıları" adlanan xəstəliklər. Bunlar insan övladının qənimidir və hər kəs yaşından və başından asılı olmsuaraq, onların ağrısını çəkir...

Bu xəstəliklər sağlamlığın, hətta həyatın vaxtsız itiriıməsinə gətirir və insanın təbiətdən uzaqlaşması ilə birbaşa əlaqəlidir. Ürək- damar xəstəlikləri insanın təmiz hava almamasının, xərçəng xəstəlikləri süni qida ilə qidalanmasının, bel ağrıları isə yumşaq yerdə yatmasının və çox oturmasının nəticəsidir. Bunlar insanı qocaldan və dünyadan vaxtsız aparan əsas səbəblərdəndir. Bu səbəbləri tam aradan qaldırmaq mümkün olmasa da, qarşısını almaq olar. Sadəcə olaraq, təbiətə yaxınlaşmaq, təbiətlə uzlaşmaq lazımdır. Yalnız bu yolla biz sağlamlığı yaxınlaşdıra, qocalığı uzaqlaşdıra bilərik.
Paralel.az

0.038228988647461