LA İLAHƏ İLLALLAH – "Allahdan başqa ilah yoxdur" ölçüsü deyir ki...

LA İLAHƏ İLLALLAH –
 

Siracəddin Hacı:
- Sən insansan;
- Ağıllı, iradəli, vicdanlı, məsuliyyətli varlıqsan, seçilmiş, başqa varlıqlardan üstün qılınmısan;
- Azadsan – Allaha təslim ol ki, azad olasan;
- Kölə deyilsən – səni kölələşdirməyə çalışan şirkin hər növünü rədd et;
- Azadlıq üçün bədəl ödəməyə hazır ol – zəhmətsiz rəhmət yoxdur;
- Kimsəyə kölə olma, kimsəni kölə etmə;
- Azad olduğun qədər insansan;
- Azad olduğun qədər yaşayırsan;
- Azad olduğun qədər dəyərlisən;
- İnsan qalmağın, insanlığın ilk şərti azadlıqdır;
- Yer üzündə azadlığı, ədaləti, mərhəməti, xeyri, barışı, birliyi təsis etmək üçün – RƏHMƏT EVİ qurmaq üçün varsan;
- Dəyərin, qurtuluşun, axirətin imanına, saleh əməllərinə bağlıdır;
CÜMƏMİZ MÜBARƏK OLSUN, ALLAH AĞLIMIZI, VİCDANIMIZI, İRADƏMİZİ TÖVHİD-AZADLIQ NEMƏTİNƏ AÇSIN, GÖZƏL İNSANLAR!
AMİN!

Paralel.az

0.029422044754028