Eldar Əzizovun sərəncamı vətəndaşları evsiz qoya bilər

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, Ləzgiyev Fazil Hüseyn oğlu, Qasımov Zaməddin Cavanşir oğlu, Dadaşov Rəhim Tahir oğlu, Əyyubov İlqar Aqil oğlu, Nağıyev Şamil Salman oğlu və Qasımov Vüsal Zaməddin oğlu icra hakimiyyəti ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. Vətəndaşların iddiası təmin edilmədiyi üçün onlar apellyasiya şikayəti veriblər. Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun icraatındadır.

Qaynarinfo-nun apardığı araşdırma zamanı məlum olub ki, məsələnin kökü Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən yaşayış binaların sökülməsindəm qaynaqlanır. Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verən vətəndaşlar həmin binaların sakinləridir.

Bakı şəhərinin icra başçısı Eldar Əzizovun 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncamı ilə Nəsimi rayonu, akademik Mirəsədulla Mirqasımov küçəsi, ev 4 ünvanında yerləşən 1,55 ha torpaq sahəsi yeni yaşayış binalarının tikintisi üçün “İnvest.M Construction” MMC-yə icarəyə verilib. Şirkət də binadakı mülkiyyətçilərin bir qismi ilə razılığa gələrək söküntü işlərinə başlayıb. 30-35 mənzilin mülkiyyətçiləri ilə razılığa gəldikdən sonra mənzillərin qapıları, pəncərələrini söküblər. Halbuki söküntüdən narazı olan xeyli sayda sakin var.

Sakinlər ayrıca şirkəti də məhkəməyə veriblər. Nəsimi Rayon Məhkəməsi onların iddiasını təmin edib. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Lakin 

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, Ləzgiyev Fazil Hüseyn oğlu, Qasımov Zaməddin Cavanşir oğlu, Dadaşov Rəhim Tahir oğlu, Əyyubov İlqar Aqil oğlu, Nağıyev Şamil Salman oğlu və Qasımov Vüsal Zaməddin oğlu icra hakimiyyəti ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. Vətəndaşların iddiası təmin edilmədiyi üçün onlar apellyasiya şikayəti veriblər. Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun icraatındadır.

Qaynarinfo-nun apardığı araşdırma zamanı məlum olub ki, məsələnin kökü Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən yaşayış binaların sökülməsindəm qaynaqlanır. Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verən vətəndaşlar həmin binaların sakinləridir.

Bakı şəhərinin icra başçısı Eldar Əzizovun 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncamı ilə Nəsimi rayonu, akademik Mirəsədulla Mirqasımov küçəsi, ev 4 ünvanında yerləşən 1,55 ha torpaq sahəsi yeni yaşayış binalarının tikintisi üçün “İnvest.M Construction” MMC-yə icarəyə verilib. Şirkət də binadakı mülkiyyətçilərin bir qismi ilə razılığa gələrək söküntü işlərinə başlayıb. 30-35 mənzilin mülkiyyətçiləri ilə razılığa gəldikdən sonra mənzillərin qapıları, pəncərələrini söküblər. Halbuki söküntüdən narazı olan xeyli sayda sakin var.

Sakinlər ayrıca şirkəti də məhkəməyə veriblər. Nəsimi Rayon Məhkəməsi onların iddiasını təmin edib. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Lakin şirkət məhkəmə qərarlarına məhəl qoymayaraq söküntünü davam etdirib. Bu baxımdan sakinlər Eldar Əzizovun sərəncamını mübahisələndirməyi qərara alıblar.

“İnvest.M Construction” MMC 25 oktyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Musayev Cavid İntiqam oğludur.

Şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Mediada isə “İnvest.M Construction” MMC-nin adı keçən xeyli sayda materiala rast gəlinir. Həmin materiallarda şirkətin “yaşıl soyqırım” apardığı və başqa qanunsuz əməllərindən bəhs edilir.

Bir məqamı da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verən sakinlərdən Fazil Ləzgiyev hüquqşünasdır. O Vəkillər Kollegiyasının üzvüdür.

0.027136087417603