Vasif Talıbov aģir itkilər verməkdə davam edir
Vasif Talıbov Naxçıvan Xanı vəzifəsindən istefa verdikdən sonra həmçinin:
- özü 1995-ci ildən sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Naxçıvan MR təşkilatı sədrliyindən çıxarıldı;
- qızı Baharxanım Talıbova “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasındakı üzvlüyündən çıxarıldı;
- oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektor vəzifəsindən uzaqlaşdırıldı;
- qardaşı Məhərrəm Talıbov Naxçıvan prokurorunun müavini vəzifəsindən azad edildi;
- qaynanası Sənifə Sultanova Naxçıvanın ZAQS idarəsinin rəhbəri vəzifəsindən azad edildi;
- oğlu Rza Talıbovun da Dövlət Miqrasiya Xidmətində baş idarə rəisi vəzifəsindən uzunmüddətli məzuniyyətə göndərildiyi deyilir.