Qubad İbadoğlu partiyasını buraxdı

Qubad İbadoğlu partiyasını buraxdı
 


Azərbaycan Respublikası prezidentinin 11 yanvar 2023-cü ildə təsdiqlədiyi “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 4.7.-ci maddəsinə görə, “Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Odur ki, ADR Partiyası olaraq fəaliyyətimizi qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Bununla əlaqədar partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam".

Paralel.az xəbər verir ki, bunu ADR Partiyasının sədri Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı növbəti Ali Məclis verəcək.

"Bu barədə sizi məlumatlandıracağam. Böyük ehtimalla partiya fəaliyyətini bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcək", - o qeyd edib

 

0.013586044311523