900-ə yaxın məktəb qəzalı vəziyyətdədir
“Hazırda ölkədə 900-ə yaxın qəzalı və yararsız vəziyyətdə olan məktəb var. Bu rəqəmə bağçalar daxil deyil”.
Bunu Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bildirib.
Onun sözlərinə görə, bütün məktəblərin vəziyyəti ilə bağlı monitorinq aparılıb.
O bildirib ki, qəzalı bağçalarla bağlı rəqəmlər də açıqlanacaq.
“Paralel.az”