Hülusi Akar Qarabağ qaziləri ilə görüşüb - VİDEO
Türkiyənin milli müdafiə naziri Hülusi Akar Azərbaycandan qardaş ölkəyə getmiş Qarabağ qazilərinin bir qrupunu qəbul edib.
Türkiyə TV-lərinin yaydığı görüntülü xəbərdə bildirilir ki, işğal altındakı Qarabağı azad edən əsgərlər Türkiyə dövlətinin rəhbər şəxsləri tərəfindən ehtiramla qəbul edilir.
Müdafiə naziri Hülusi Akar qazilərlə görüşündə deyib: "Şüarımız "Yaşasın Azərbaycan", "Yaşasın Türkiyə" və "Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı"dır".
Qeyd edək ki, bundan əvvəl Ankara meri Mənsur Yavaş da qazilərlə görüşüb.