Hüqonun qəhrəmanları yenidən Musiqili Teatrın səhnəsində - FOTO

Hüqonun qəhrəmanları yenidən Musiqili Teatrın səhnəsində - FOTO
 

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun "Paris Nort-Dam kilsəsi" romanının motivləri əsasında rejissor Samir Qulamovun quruluşunda səhnələşdirilən "Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə oynanılıb.

"Paralel.az" xəbər verir ki, Musiqili Teatrın repertuarında uğurla təqdim olunan tamaşa Avropanın əzəmətli abidələrindən biri olan Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf edilib.

Azərbaycanın qocaman teatrı bu hadisəyə biganə qalmadığını dahi Hüqonun qəhrəmanlarını səhnəyə gətirməklə göstərib və dinindən, irqinindən asılı olmayaraq, bütün bəşəriyyəti tarixi abidələrin xilası üçün həmrəyliyə səsləyib. 

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni Samir Qulamov, ideya müəllifi və bədii rəhbəri isə Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Səhnə əsərinin süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” əsərinin ölməz qəhrəmanları dayanır. Qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hissləri təcəssüm olunan bu məşhur əsər indiyə qədər dünyanın bir çox tanınmış teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-Damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirilib.

Xatırladaq ki, "Paris Notr-Dama ithaf" fevral ayınının 24-də saat 19:00-da bir daha nümayiş olunacaq.

0.011707067489624