Azərbaycanda xəstəxananın şöbə müdiri bıçaqlanaraq ÖLDÜRÜLDÜ - FOTO
Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov bu gün axşam saatlarında bıçaqlanıb.
Paralel.az xəbər verir ki, hadisə ilə bağlı 21:45 radələrində təcili tibbi yardıma çağırış daxil olub və həkim briqadası əraziyə yollanıb.
65 yaşlı B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilərkən həkimlərin səyinə baxmayaraq, yolda dünyasını dəyişib.
Fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.