İmişli məktəbində lavabo problemi...
Çingiz Şahbazi yazır:
İmişli rayonunun Aranlı kənd məktəbinin müəllimi, işlədiyi məktəbdə lavabo (tualet) çatışmazlığından uşaqların, yəni şagirdlərin əziyyət çəkdiklərini, öz sosial şəbəkə hesabında ictimailəşdirib.
Məktəbin daxilində olan bu problemi, dərhal yoluna qoymaq və uşaqların dərsdən yayınmaması üçün problemi həll etmək əvəzinə, məktəbin rəhbərliyi, problemləri sosial şəbəkədə işıqlandıran məktəbin müəlliminə töhmət verərək, işindən azad ediləcəyi haqda xəbərdarlıq edilib.
Hələ maaşından da kəsiblər. Amma, məktəbdə ikinci tualetin tikintisinə başlanılıb. Ola bilər bu, o cavan müəllimənin maaşından kəsilmiş pulun hesabına, baş verir. Belə-belə işlər, hörmətli təhsil naziri. Haqları pozulmuş müəllim, sizin təyin etdiyiniz direktor tərəfindən qanun pozuntusuna məruz qalıb, nə üçün göz yumursunuz?
Maraqlıdır, bu kimi müəllimlərə cəmiyyət nə üçün sahib çıxmır? Mən hesab edirəm ki, bu müəllimənin maaşı bərpa olunmalıdır və verilən töhmət ləğv edilməlidir. Əslində müəllim xanıma fədakarlığından dolayı pul mükafatı verilməsi lazımdır. Ona qarşı töhmət lahiyəsində iştirak edənlərə isə əsil, təbii obraza malik töhmət verilməlidir.
"Paralel.az"