Mübariz məktəb müəlliməsi şagirdlərə nümunədir

Mübariz məktəb müəlliməsi şagirdlərə nümunədir
 

dos. İlham Əhmədov

Son günlər İmişli rayonu Aranlı kənd məktəbinin müəlliməsinin işlədiyi məktəbdəki antisanitariya vəziyyəti ilə əlaqəli sosial şəbəkələrdə yayılan müraciəti haqlı olaraq ictimai diqqəti cəlb edib. Bu məsələ ilə əlaqəli hamı sosial şəbəkələrdə bu müəlliməni müdafiə etdi. Bununla əlaqədar az da olsa, elə "müəllimlər" tapılır ki, müəlliməni qınayır, məktəb direktorunu və ETN müdafiə etməyə cəhd edirlər.

Burda deyirlər ki, ayda- ildə bir namaz, onu da yaltaqlar qoymaz. Bir müəllimə əsl vətəndaş mövqeyi qoyub ortalığa, cəsarətlə məktəbin problemini dilə gətirib, kimlərsə problemlərin həll edilməsindən tez narahat olurlar. Görünür xal qazanmaq istəyir belələri.

Bu məktəbin direktoru yerində olsaydı, problemi hamıdan əvvəl bilməli və həll etməli idi. Heç regional müdirlər də məncə yerində deyillər, əks halda məktəb direktoru daha məsuliyyətli olardı, məsələni onlarla birgə vaxtında həll edərdi. Müəllimə görür ki, bir çox kadrlar yerində deyil, onları yalnız pul maraqlandırır, şagirdlər və müəllimlər çıxılmaz vəziyyətdədirlər, biabrçı vəziyyət yaranıb, sözlərini eşidən yoxdur, o da bu məsələni ölkə səviyyəsində ictimailəşdirib.
İctimai nəzarət budur. Cənab Prezident hər dəfə ictimai nəzarətdən danışanda məhz belə addımlar istəyir vətəndaşlardan.
Bu məsələ ictimiyyətləşəndən sonra, cəmiyyət bu hadisədən hiddətlənir.

Nazirlik də məcburən hərəkətə gəlir, fakta reaksiya verməli olur. Öz peşəsini, xalqını sevən, şüurlu vətəndaş olan hər bir müəllim işlədiyi məktəbin problemlərini belə ictimailəşdirsə, biznesmen məktəb direktorları və oliqarx Regional Tİ rəhbərləri məcbur olub öz vəzifəsini məsuliyyətlə icra edərlər. ETN də hər təsadüfi adamı məktəbə direktor və ya RTİ rəhbər təyin etməz. Bilər ki, məktəblərdə fəal vətəndaş mövqeyi olan savadlı və tələbkar müəllimlər hələ ki, var. Hesab edirik ki, bu boyda biabrçılığa səbəb olan məktəb direktoru vəzifədə qala bilməz, belələrinə kimin dostu ya qohumu olmasından asılı olmayaraq heç bir əlavə şans verilməməlidir, yəni başqa bir məktəbə yenidən direktor təyin edilməməlidir.

Ölkədə o qədər layiqli müəllimlər var ki, belə vəzifələrə təyin edilməli. Reallıqda da yaxşı, səviyyəli məktəb direktorlarına rast gəlirik. Amma belələrinin sayı azdır. Əsasən votsap qruplarda pul tələb edən direktorlara rast gəlirik.

"Paralel.az"

0.090155124664307