“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, hazırda şəhər ərazisində qar örtüyünün hündürlüyü təxminən 9-10 sm-ə çatıb.
Qarın yağmağına baxmayaraq, yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb.
Aidiyyəti qurum əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədilə tədbirlər görülür.