Dağlarda internet - FOTO

Dağlarda internet - FOTO
 

Osman Gündüz:
Balakəndə fiber-optik internet şəbəkəsinin tikintisi ilə maraqlandım.
Hazırda Mahamalar kəndində, dağın ətəyindəki evlərə internet xətti çəkilir.
Kənddə bir briqada (5-6 nəfər) işləyir.
Ümumiyyətlə, fiber-optik şəbəkənin qurulması və sonda internet əldə edilməsi işi bir neçə hissədən ibarətdir :
- layihələndirmə
- kabelləri uzatmaq üçün dəmir dirəklərin basdırılması və onların bərkiməsini gözləmək
- kabelləşmə
- internetin evlərə paylanması üçün, ərazidəki evlərin sayından asılı olaraq , hər 3-4 dirəkdən bir splitterlərin quraşdırılması
- splitterdən evlərə internet xəttinin çəkilməsi və evdə fiber-optik modemin quraşdırılması
Bu gün mənim tanış olduğum Aztelekom-un briqadası kabelləşmə işlərini görürdülər.
Briqada rəisi Hacı bəy işlərin yaxşı getdiyini, əvvəlki vaxtlara nisbətən zəruri materialların yetərincə olduğunu bildirdi.
Briqada üzvləri arasında 20 il bu işlə məşğul olanlarla yanaşı, gənclər də vardı.
Türk və Çin istehsalı olan optik kabellərdən istifadə edilir.
İşlərin sürətlənməsi üçün çatışmayan yalnız əlavə işçi qüvvəsi, əlavə briqadaların olmasıdır.
Bir briqada bir günə adətən şəraitdən asılı olaraq 1-3 km. kabel çəkə bilir.
Kənd yerində kabelləşmədə əsas çətinlik həyətyanı sahələrdə olan ağacların maneçilik yaratmasıdır . Bəzən bu ağacların kəsilməsi lazım gəlir ki, bu problemi də bələdiyyə sədri ilə birgə həll edirlər.
Briqada rəisi hətta layihəyə düşməyən, lakin yaşayış olan ərazinin, hətta dağlıq hissədə olsa belə, kabelləşməsinə tapşırıq verildiyini qeyd etdi.Ötən gün onlar hətta dağın döşünədək kabelləşmə apardıqlarını bildirdilər.
Kabeləşmə aparılarkən gələcəkdə yeni evlərin tikiləcəyi də nəzərdə tutulub. Belə ki, kabelin tutumu (optik liflərin sayı) indi lazım olandan da çox nəzərdə tutulub. Kabelin parametrlərindən də bu görsənirdi.
İşlər sürətli getsə də , hiss olunurdu ki, yeni briqadalara ehtiyac var.
Ötən ildən başlanmasına baxmayaraq Balakənin heç yarısı kabelləşməyib.
İndi rayona, Qullar kəndinə əlavə briqadaların gələcəyi bildirildi.
Beləliklə, bu kabelləşən ərazidə ən yaxın vaxtda, digər bir briqada - montajçılar tərəfindən splitterin quraşdırılması və başqa bir komanda, rayon telekommunikasiya qovşağının əməkdaşları tərəfindən evlərin internetə qoşulacağı gözlənilir.

Əgər kimsə əvvəldən ADSL istifadəçisidirsə onun üçün hər şey (qoşulma , modem və s) pulsuzdur.
Əgər yeni müştəri olarsa çəkiliş xərcindən başqa ödəniş nəzərdə tutulmur.
Rayonun başqa bir kəndində, Qasbinədə bütün işlər görülüb, splitterlər quraşdırılıb və hazırda əhaliyə internet xidməti təklif olunur.
Abunəçilər yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketlər seçə bilərlər.
İnternet xidmətinin haqqı isə seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 56 AZN-dək dəyişir. ( Bəzi abunəçilər aşağı sürətin seçilməsinə imkan verilmədiyini də qeyd etdilər)
Ümumiyyətlə, diqqətimi cəlb etdi ki, keyfiyyətli internet xidməti alan sakinlər çox sevinirdilər. Hansı evin qarşısında tikinti gedirsə o evin sahibi adət-ənənəyə uyğun olaraq soyuqda çalışan fəhlələrə çay da təklif edirdilər.
Nəticə.
Soyuq havaya baxmayaraq bir briqada tərəfindən görülən işlər yetərincə sürətli və keyfiyyətlidir.
Zəruri materiallar yetərincədir.
Lakin yeni işçi qüvvəsinə, yeni briqadalara ehtiyac var.
İndiki gedişatla bir rayonun kabelləşməsinin və internetə qoşulmasının hədsiz çox vaxt aparacağı şübhəsizdir.

Paralel.az

Bir açıq hava şəkili ola bilərBir 5 nəfər, ağac və yol şəkili ola bilərBir 1 nəfər, səma və ağac şəkili ola bilərBir 3 nəfər, ağac və səma şəkili ola bilərBir 1 nəfər və açıq hava şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar, səma və ağac şəkili ola bilərBir yol, səma, ağac, təbiət və dağ şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və açıq hava şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 3 nəfər, açıq hava və ağac şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir təbiət şəkili ola bilərBir bunu deyən yazı Bir 4 nəfər, açıq hava və ağac şəkili ola bilərBir təbiət, toran, səma və ağac şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.

0.019562005996704