ABŞ Dövlət Departamenti Türkiyənin adının dəyişdirilməsini TƏSDİQLƏDİ

ABŞ Dövlət Departamenti Türkiyənin adının dəyişdirilməsini TƏSDİQLƏDİ
 

ABŞ Dövlət Departamenti Türkiyənin Vaşinqtondakı səfirliyinin tələbi ilə rəsmi yazışmalarında “Turkey” əvəzinə “Türkiyə” sözündən istifadə edəcək.

Paralel.azTRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə beyib.

Onun sözlərinə görə, dəyişiklik ABŞ federal hökumətinin yer adları orfoqrafiyasının standartlaşdırılmasına cavabdeh olan səlahiyyətli orqanı tərəfindən təsdiqlənib.

O bildirib ki, Coğrafi Adlar Şurası ABŞ ictimaiyyətinin daha asan başa düşülməsi üçün “Turkey” ve “Republic of Turkey” (Türkiyə Cümhuriyyəti)” adlarının istifadəsinə də icazə verir.

Qeyd edək ki, Ankaranın tələbindən sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) 2022-ci il iyunun 1-də ölkə adının “Turkey” əvəzinə “Türkiyə” kimi istifadə edilməsini təsdiqləyib. İxrac məhsullarında isə “Made in Turkey” əvəzinə “Made in Türkiyə” sözündən istifadə edilir.

 

0.029295921325684