AQTA vəzifəsinin öhdəsindən gələ bilmir
AQTA vətəndaşların təhlükəsiz qida ilə təmin olunmasına kömək etmir
Vaxtı ötmüş qida məhsulları bütün ticarət obyektlərində rast gəlinir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaradılanda əhali sevindi. Lakin bu sevinc çox çəkmədi.
Çünki AQTA vəzifəsinin öhdəsindən gələ bilmədi. Hazırda bazarlarda, marketlərdə, mağazalarda digər qida məhsulları satılan obyektlərdə qida təhlükəsizliyi qaydalarına əməl olunmur.
Bakı şəhərində "Araz", "Bravo", "Oba", "Bazar stor" və digər market şəbəkələrində vaxtı keçmiş, keyfiyyətsiz, əhalinin sağlamlığı üçün təhlükəli qida məhsullarına hər gün rast gəlinir.
Məsələn, Bakının A. M. Şərifzadə küçəsində yerləşən bazarlarda, marketlər şəbəkələrində əməkdaşlarımızın keçirdiyi reyd zamanı xeyli vaxtı keçmiş qida məhsulları müəyyən etmişlər.
Bununla bağlı tədbir görmək üçün AQTA-ya məlumat verilmiş, lakin köhnəlmiş, vaxtı çoxdan keçmiş qida məhsulları satan həmin obyektlər haqqında heç bir tədbir görülməyib.
Əhali arasında apardığımız sorğunun nəticələri də təsdiq edir ki, AQTA-nın fəaliyyəti olduqca yarıtmazdır və təşkilatın fəaliyyətində rüşvətxorluq halları geniş yayılıb.
Səfurə