Özünü Salyanda polis şöbəsinin qabağında yandıran gənc öldü
Salyanda 21 yaşlı oğlanın rayon Polis Şöbəsinin önündə özünü yandırması barədə xəbər
Paralel.az Lent.az-ın məlumatına əsasən, özünü yandıraraq intiahra cəhd edən Məhərrəmov Pərvin Rasim oğlu müalicə üçün Bakıdakı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsinə yerləşdirilib. Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, o, bu gün həmin xəstəxanada dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Pərvin Məhərrəmov bacısının narkotik aludəçilərinə qoşularaq evdən getdiyi üçün özünü yandırıb.
Hazırda araşdırma aparılır.