"Azəriqaz" İB-nin növbəti "Açıq mikrofon" aksiyası Gəncədə keçiriləcək

 

 

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edir. "Paralel.az" xəbər verir ki, bu dəfə "Səyyar qəbul otağı" Gəncə şəhəri, Qələbə Parkında təşkil olunacaq.

Yanvarın 5-də saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.
Vətəndaşlar "Açıq mikrofon" aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

0.020002841949463