"Dedi-qodular həqiqəti əks etdirmir"

 

Türkiyəli aktrisa Afra Saraçoğlu keçmiş sevgilisi Mert Yazıcıoğlu ilə ayrılığın ardından ilk dəfə məsələyə münasibət bildirib.

Türkiyə mediası xəbər verir ki, gənclərin ayrılığı onların ortaq qərarları əsasında olub.

Dedi-qodular isə həqiqəti əks etdirmir:

“Bir neçə gündür, mətbuatda bizimlə bağlı çıxan xəbərlər həqiqəti əks etdirmir. 4 ildir, Mertlə çox xoşbəxt münasibətimiz var idi. Ancaq aldığımız ortaq qərarla münasibətimizə son qoymaq qərarına gəldik. Sevgi və hörmətlə ayrıldıq ".

Aktrisa münasibətlərinin bitməsinə səbəbin üçüncü şəxs olmadığını bildirib.

Qeyd edək ki, Afra "Yalı Çapkını" serialında baş rolu canlandıran Mert Ramazan Dəmirlə səmimi görüntüləri yayıldıqdan sonra sevgilisindən ayrılıb.

 

 


0.017426013946533