Həbilov vəzifəsindən azad edilib

Həbilov vəzifəsindən azad edilib
 

Əlirza Həbilov DİN-in səlahiyyətli nümayəndəsi və vəkili vəzifəsindən azad edilib

DİN Baş təşkilat inspeksiya idarəsi vəkilin DİN-in keçmiş nümayəndəsi olduğunu bildirib

Fərdi vəkil, Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü Əlirza Həbilovun etibarnaməsi olmadan DİN-in vəkili və nümayəndəsi kimi məhkəmə işlərinə çıxıb, məhkəmə təminatı hüququma qadağa qoyması konkret cinayət əməlidir. Birincisi, vəkil dövlət orqanlarının nümayəndəsi ola bilməz, dövlət orqanlarının nümayəndələri isə vəkil ola bilməz. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun hər hansı vəkilə “bir əldə iki qarpız tutmaq” jonqlyorluğunu” qadağan edir. Özəlliklə vəkilin hüquq mühafizə orqanlarını, istintaq, təhqiqat,  ittiham orqanını müdafiə etməsi absurddur və ölkədə “kəllə-mayallaq” hüquq sisteminin meydan sulamasından soraq verir. Təsəvvür edin, müdafiəçi də ittihamı müdafiə edir, müstəntiq, prokuror da. Bəs məhkəmədə çəkişən tərəflər kim olur ? Müdafiə tərəfi ittihamçı rolunda, tərəfsiz olmalı olan məhkəmə  (hakimi) də ittihamın, vəkilin qeyri-prosessual sifarişinin müdafiəsində ! Belədə hansı məhkəmə hüquq sistemindən, məhkəmə təminatı hüququndan danışmaq olar?

Son 5 ildə Əlirza Həbilovun DİN-in adından etibarnaməsi olmadan məhkəmə işlərinə çıxıb özbaşınalıq etməsindən , Vəkillər Kollegiyasındakı vəzifəsindən sui-istifadə edərək, 1-ci dərəcəli Qarabağ qazisinə ayrılan vəkillərin şikayəti yazmasına qadağa qoymasından saysız – hesabsız şikayətlərə baxılmır. Şikayətlər barəsində şikayət edilən Əlirza Həbilovun nümayəndəsi və vəkili olduğu DİN-ə,  Vəkillər Kollegiyasına göndərilir, hər iki qurumdan vəkilin DİN-in səlahiyyətli nümayəndəsi və vəkili olmasında qanun pozuntusunun olmadığı açıqlanır. Hər şeyi bir qırağa qoyaq, bu yekəlikdə DİN Daxili Qoşunları,  Maliyyə Plan İdarəsi özünün 1-ci dərəcəli Qarabağ qazisinin pensiyasını vəkilə yedirdib, Vəkillər Kollegiyasına öz əlilinə qarşı qanunsuzluğa səlahiyyət verir? Absurd deyilmi?

 

DİN Baş təşkilat inspeksiya idarəsinin rəis müavini Ruslan Kərimov 24.12.2022-ci il tarixli məktubla bildirib ki, DİN -in keçmiş SƏLAHİYYƏTLİ NÜMAYƏNDƏSİ VƏ VƏKİLİ Əlirza Həbilovun məhkəmə təminatı hüququna maneçilik törətməsi barədə DTX-dan daxil olan şikayətə 21.02.2022-ci ildə -10 ay qabaq cavab verilib. Bu cavabla DİN Əlirza Həbilovun DİN-dəki işindən çıxarıldığını doğrulayıb. Nədən indiyədək verilən cavablarda Əlirza Həbiloun DİN-in səlahiyyətli nümayəndəsi və vəkili olması bildirilirdi .

İndi söz baş prokurorda, Hesablama Palatasındadır. Fərdi vəkil, Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü Əlirza Həbilovun DİN-dən əməkhaqqı almasına hüquqi qiymət verilməsinin təmin edilməsi bu qurumların üzərinə düşür. Görəvlərini icra etmə mexanizmlərini bilməmiş olmazlar. ..

Məğrur Bədəlsoy

"Paralel.az"

0.027981042861938