Klassik ədəbiyyat incilərindən...

Klassik ədəbiyyat incilərindən...
 

“Amaravati, Amaravati, Çandrika,
Kintamani, Kintamani, İşvara!”

“Sehrli xalat” filminə, yəqin ki, baxmayan yoxdur. Bəs orada sehrli xalatı geyərək başqa zamana gedib gəlmək üçün şahın və “pioner”in istifadə etdiyi və hər kəsin, bəlkə də, hind dilində olduğunu sandığı yuxarıda ifadələri xatırlayırsınızmı? Bu ifadələr Hindistanın qədim və hinduizmin müqəddəs dili olan sanskrit dilindədir. Sözləri izahı belədir:

ऐरावण (Airāvaṇa) - “Ayravana” : Hindu mifologiyasında tanrı İndranıın mindiyi ağ filinin adıdır. Bu sözün başqa versiyası ऐरावत (airāvata) hesab edilir. Göründüyü kimi, İrəvanla heç bir əlaqəsi yoxdur.

चन्द्रिका (Candrikā) - “Çandrika”: Parlayan hissəciklər və ay işığı mənalarını verir. Eyni zamanda qədim hindu mifologiyasında müqəddəs ananın adıdır.

चित्तकूट (Citrtakūṭa) - “Çitrakuta” : Hindistanın mərkəzində bir yerdir və hinduların müqəddəs ziyarətgahlarından biridir.

ईश्वर (Īśvara) - “İşvara”: Hinduizmdə bir məfhumdur və anlamlarından biri də “ali tanrı”dır.

अमरवती (Amarāvatī) - “Amaravati”: Hinduizmdə İndranın və digər tanrıların paytaxtı olub. Bəzi dini mətnlərdə “cənnət” mənasında istifadə edilib.

किन्तमानि (Kintamani) - “Kintamani”: İndoneziyada Baliyə yaxın bir toponimdir.

"Paralel.az"

0.015611886978149