ADPU-nun Gənclik korpusunda Şuşanın 270 illik yubileyi və “Şuşa ili“ adlı tədbir keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Gənclik korpusunda 26 dekabr 2022-ci ildə Şuşa şəhərinin 270 illik yubileyi və “Şuşa ili “münasibətilə tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Xarici dllər kafedrasının İngilis dili müəllimi filologiya üzrə fəlsəfə doktoru, dosent Qəribə Məmmədovanın təşkilatçılığı ilə keçiriıən tədbirdə Magistratura və doktorantura şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, ədəbi şəxsiyyətlərdən biri olan Yusif Vəzir Çəmənzəminlinin nəvəsi,universitetin professoru Leyla Vəzirova, I Qarabağ müharibəsində atası, II Qarabağ müharibəsində isə həyat yoldaşını itirən İngilis dili müəllimi Nəzirə Məmmədova iştirak etmiş və tədbir zamanı onlara çıxış üçün söz verilmişdir.
Tədbiri açıq elan etmək üçün ilk söz Magistratura və doktorantura şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqova verilib.
O, çıxış zamanı qeyd etmişdir ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən 2022-ci ilin məhz ”Şuşa ili” kimi səciyyələndirilməsi çox mütərəqqi bir addımdır. Rəşad Sadıqov qeyd edib ki, ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edildi və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olundu.
44 günə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdiyini vurğulayan Rəşad Sadıqov azad olmuş torpaqlarda aparılan böyük abadlıq işlərindən də söz açıb.
Tədbirdə universitetin magistr və tələbələri Şuşa şəhərinin tarixi ,mədəniyyəti,tarixi şəxsiyyətləri barədə həm Azərbaycan,həm də ingilis dilində məruzələrlə çıxış edib və bu barədə slaydlar təqdim ediblər,tələbələrin ifasında Vətənə həsr olunmuş şeir və mahnılar səsləndirilib.
Tədbir zamanı yaradıcı tələbələr tərəfindən Şuşaya həsr olunmuş rəsmlərin çəkilməsi canlı şəkildə nümayiş edilib.
Tələbələrin əl işləri Universitetin Magistratura və Doktorantura şöbəsinə hədiyyə olunub.
Sonda isə tədbirin təşkilatçısı filologiya üzrə fəlsəfə doktoru,dosent Qəribə Məmmədova çıxış edib.
Çıxış zamanı o, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə hər kəsi təbrik etmiş və yaxın gələcəkdə növbəti tədbirlərdə görüşmək ümidi ilə hər kəsə öz təşəkkürünü bildirmişdir.
Tədbirin sonunda şəhid övladlarına xüsusi hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.