AAK sədrinə ağır ittiham: - “Saxta diplomlu sədr səlahiyyətindən sui-istifadə edir”

AAK sədrinə ağır ittiham: - “Saxta diplomlu sədr səlahiyyətindən sui-istifadə edir”
 

"Vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün AAK sədri Famil Mustafsyev məsuliyyətə cəlb olunmalıdır.

Ancaq təəssüflər olsun ki, biz AMEA-nın institutlarında və hətta bəzilərimiz maddiyyat ucbatından, ali məkəblərdə səhərdən axşama qədər çalışsaq da, Famil Mustafayev AAK rəhbərliyinə gəldikdən sonra sənədlərimizi gecikdirir, başımıza oyun açır, ekspert şuralarına savadsız adamlar toplayır.

Biz Famil Mustafayevin AAK-ın sədri vəzifəsində obyektiv və təmiz işləməsinə inanmırıq, çünki o, artıq şuranın sədri olduqdan sonra səlahiyyətindən sui-istifadə edərək, özünə saxta professor diplomu alıb. 90-ci illərdə Əmlak Komitəsində işləyərkən dövlətimizin əmlakını (Bakı Mexaniki Təmir zavodunu) ələ keçirib! İndi də çox böyük var - dövlət sahibidir. Hesab edirik ki, AAK rəhbərliyi saxta professor diplomu olan və dövlət əmlakını talayanların yeri deyildir”.

Alimlər bildirirlər ki, Famil Mustafayevin doktorluq dissertasiyasında dəhşətli faktlar var: “Famil Mustafayevin dissertasiyası, əsasən 1998-2002-ci illərdə Rusiyada müdafiə olunmuş dissertasiyaların birləşməsinin tərcüməsindən ibarətdir. Növbəti məktubumuzda Sizi bu şok faktlarla tanış edəcəyik”.

Müraciətdə qeyd olunur ki, Famil Mustafayev Ali Attestasiya Komissiyasında sədr kimi işə başlayan kimi təcrübəli mütəxəssisləri (20 nəfər), o cümlədən əksəriyyəti professorlar olan şəxsləri heç bir səbəb olmadan işdən kənarlaşdırıb: “Bəs AAK-a kimləri dəvət edib? Peşə Təhsili Agentliyində və 1995-2000-ci illərdə Əmlak Komitəsində çalışan əməkdaşları (?).  Ali Attestasiya Komissiyası əvəzinə Peşə Təhsili Komissiyası yaradılır? Elmi adların və elmi dərəcələrin ekpertizası kimlərə həvalə olunur?! Buna göz yummaq elmimizin faciəsidir!”

Müraciətdə qeyd olunur ki, Famil Mustafayev 1995-2000-ci illərdə Əmlak Komitəsində məsul vəzifədə işləyib. Bakı Mexaniki Təmir zavodunu isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özəlləşdirib və indi həmin zavod “Konteks” MMC kimi fəaliyyət göstərir.

Bildirilir ki, axırıncı iş yeri Peşə Təhsili Dövlət Agentliyi olan F. Mustafayevin ölkəmizdə elmi-pedaqoji kadrların yetişdirilməsində müstəsna rolu olan Ali Attestasiya Komissiyasına rəhbərlik etməsi Azərbaycan elminə xeyir verə bilməz: “Onun bütün fəaliyyətində yol verdiyi ciddi nöqsanlar da bundan xəbər verir. Məsələn, Ekspert şuraları haqqında Əsasnamənin 5-ci bəndinə əsasən Ekspert Şurasının tərkibinə, bir qayda olaraq, elmlər doktorları daxil edilir və yalnız bir nəfər elmi katib fəlsəfə doktoru daxil edilib. Özü də bunların ictimaiyyətdə bir alim kimi heç bir nüfuzu yoxdur! Həm Əsasnamə kobud şəkildə pozulur, həm də təcrübəli elmlər doktorları ola-ola, tanınmayan, nüfuzlu elmi konfranslarda iştirak etməyən şəxslərin Ekspert Şurasının tərkibinə daxil edilməsi nə məqsəd daşıyır? Elmimizin səviyyəsini peşə təhsili səviyyəsinə endirmək!

Famil Mustafayevin rəhbərliyi dövründə təsdiq olunmuş dissertasiya işlərinin əksəriyyətində plagiat faktları vardır. Biz bu siyahını hazırlayırıq və növbəti məktubumuzda Sizə faktlarla məlumat verəcəyik.

Famil Mustafayevin doktorluq dissertasiyasının avtoreferatına (AAK-ın saytında var) elmi əsərlərinin siyahısına baxanda bir dənə də məqaləsi nəinki Tomson, İmpakt Faktoru yüksək olan jurnallarda, heç adicə Rusiyanın, Ukraynanın jurnallarında belə yoxdur.

O, son 15 ildə heç bir beynəlxalq, hətta respublika səviyyəli konfranslarda iştirak etməyib! Belə bir şəxs başqalarından hansı mənəvi haqla məqalələr və nüfuzlu konfrans materialları tələb edə bilər?”

Alimlər yazırlar ki, Ali Attestasiya Komissiyasının nüfuzunu sədr vəzifəsinə biznesmen təfəkkürlü şəxs deyil, yalnız nüfuzlu alimin rəhbərliyilə qaldırmaq mümkündür.

P. S. Qarşı tərəfin mövqeyini təqdim etməyə hazırıq.

0.033613204956055