ETN-nin fəaliyyətində sistemlik, şəffaflıq, səmərəlik, elmilik hiss edilmir

ETN-nin fəaliyyətində sistemlik, şəffaflıq, səmərəlik, elmilik hiss edilmir
 

İlham Əhmədov:
2022-ci il İl sona çatır. Bu ərəfədə ayrı ayrı sahələr üzrə illik fəaliyyətə yekun vurulur, problemlər və perspektivlər müəyyən edilir.
Nazirliyin fəaliyyətində sistemlik, şəffaflıq, səmərəlik, elmilik heç vaxt hiss edilməyib, bu il də belə oldu.

Təhsilimizin bu gün xeyli problemləri var. Bu problemlər uzun müddət ərzində həll edilməyən məsələlərin üst-üstə yığılmasınadan əmələ gəlib. Bu problemlər sistem xarakterlidir. Bu səbəbdən də onların həllinə sistemli yanaşma tələb edilir. Bu problemləri görmək, konkretləşdirmək, həllinə dair təkliflər hazırlamaq, o cümlədən həlli uzun müddət tələb edilən problemlərin həllinin yol xəritələri olmalıdır.

Bu məsələlərin kompleks həlli ilk növbədə ETN-də təhsil üzrə peşəkar kadrların olmasını tələb edir. Ümumiyyətlə təhsilimizin son 10 ildəki ən ciddi problemi komandanın zəifliyidir. Yəni, bu işləri peşəkar səviyyədə dərk edən, sistemləşdirən, təhlil edən, ideyalar irəli sürən, layihələndirən təhsilşünas alimlərə ehtiyac var. Bu gün ETN-də belə təhsilşünas kadrlar təəssüf ki, azdır.

TN-nin əsasnaməsinə görə onun əsas vəzifələrindən biri təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını təmin etməkdir. Amma biz o inkişafı bir çox istiqamətlərdə hiss etmirik. ETN-nin digər vəzifəsi təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etməkdir. TKN necə təmin edilir ki, sonda məktəb məzunlarının 70 % 150 balldan az ball yığır?
ETN-nin funksiyalarından biri də təhsillə bağlı qeyri-hökumət təşkilatlarının və müstəqil ekspertlərin fəaliyyətinin əlaqələndirilməsidir. Amma belə əlaqələndirmələri görmürük. QHT-lərin və ya ekspertlərin yazdığı məktublara, təkliflərə bir qayda olaraq ETN heç bir cavab da vermir. Ölkədə ekspertlərin sayı çox deyil, bu potensialdan ümumi işin xeyrinə səmərəli istifadə etmək zəruridir. ETN-nin bəzi “doğma” QHT-ləri qrantla təmin etməkdən başqa bu sahədə heç bir iş görmmür.
ETN-nin digər funksiyalarından biri də təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin monitorinqidır.

Amma belə monitorinqlərə və müvafiq hesabatlara az rast gəlirik.
Bu il MM-də keçən ilin büdcə hesabatının dinlənilməsi zamanı ETN öz fəaliyyəti və maliyyə resurslarının xərclənməsi barədə qeyd etmişdi ki, 2021-ci ildə 500 -ə yaxın inkişaf yönlü proqram icra edilib, bu işə yüz milyonlarla pul sərf edilib. Yəqin ki, bu il də bu iş davam edib. Amma nə əvvəlki illərdə, nə də bu il məlum olmadı ki, 500 -ə yaxın inkişaf yönlü proqramlar hansılardır? Nə nəticələr alınıb? Bunlar təhsilin inkişafına nə verdi?

Bunlar ciddi məsələlərdir, ölkədə təhsilin real inkişafı bundan asılıdır, amma bu haqda heç bir məlumat verilmir ETN-nin saytında. Bu dövlət sirridir?
ETN verilən təkliflərlə işi düzgün qura bilməyib. Elm və təhsil naziri hər dəfə çıxışlarında deyir ki, problemlərdən danışın, problemlər qaldırın, təkliflər verin. Amma bu sözlərin arxasında əməl yoxdur. Nazirin bu tövsiyələrinə dəstək kimi problemlər qaldırir, təkliflər veririk.

Son 30 ayda müxtəlif saytlarda 200-dən artıq problem xarakterli məqalələr və hər məqalədə də 1-2 təklif vermişik. Təəssüf ki, bu məqalələrdə qaldırılan problemlər və verilən təkliflər havada qalir. Hesab edirik ki, təhsili inkişaf etdirmək istəyən komandaya təhsilin müxtəlif istiqamətlərində olan bu 200 təklif kifayət idi ki, təhsili durğunluqdan çıxarsın. Belə təsəvvür yaranır ki, ETN verilən təşəbbüsləri adekvat qiymətləndirə bilmir.

"Paralel.az"

0.014668941497803