Paralel.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Milli meteoroloji xidmətin açıqlamasında bildirilir ki, bəzi ərazilərdə açıq havada dayanmaq bir neçə dəqiqə ərzində donmaya səbəb ola bilər.
Məlumata görə, ABŞ-da 250 min ev və müəssisə elektriksiz qalıb. Onların yarısı Nyu-York və Men ştatlarının ərazisindədir.
Elektrik enerjisi şirkətləri ekstremal hava şəraiti ilə əlaqədar şəbəkələrdə artan yüklənmə səbəbindən istehlakçılardan enerjiyə, qaza və istiliyə qənaət etməyi xahiş edir.
Dekabrın 23-24-də aviaşirkətlər 8,4 mindən çox, dekabrın 25-də isə 1500-dən çox reysi ləğv edib.