Dilimizdə işlənən "ist" və "izm" şəkilçilərinin təsnifatı

Dilimizdə işlənən
 

Həsən Əliyev:
TEOLİNQVİSTİKA NƏZƏRİYYƏSİNDƏN FRAQMENTLƏR
Hörmətli Sima xanım.Sİzin səhifənizi izlərkən bir ziyalının dilimizdə “izm”,”ist”lə bitən alınma sözlər haqqında yazısına rast gəldim və ona olan kommentarilərə nəzər yetirdim.Yaxın və uzaq fikirlərlə rastlaşdım.Nəticə olaraq bu şəkilçilərin semantikası aydın olsa da, onun mənşəyi (fonetik qaydada səslərin iştirakı ilə) təyin olunmamışdır.Mən buna görə heç bir alimi qınamıram.Çünki şəkilçi kimi qəbul edilən “ist”, “izm” əslində şəkilçi deyildir.Həqiqətdə bunun təsnifatı kiçik məqaləyə sığmayan, dünya dilçiliyində bu günə qədər açılmamış dilçilik nəzəriyyəsi problemidir.Bəlkə də deyərdim bu, doktorluq səviyyəsində olan bir problemin öyrənilməsidir.
Bu yazını Sizə ünvanladığımın səbəbi, Sizin bu yazıya bildirdiyiniz münasibətdə bu şəkilçilərdən düzələn sözlərin dilimizə hazır şəkildə söz kimi daxil olmasını bidirməyinizdəndir.Mən Sizinlə tam razıyam.
Əvvəlki yazılarımda da qeyd etmişdim ki, müəyyən peşə bildirən sözlər müxtəlif dillərdən “ar-4” şəkilçisi vasitəsi ilə dilimizə hazır söz kimi daxil olmuşdur.Məs: doktor, orator, prokuror, sanitar, şair, nasir və s. sözlər kimi.Eyni mənada “man” şəkilçisi ilə də dilimizdə peşə bildirən sözlər vardır.Məs:ombudsman, şturman, bağman və s.Bu kimi sözlərə dilimizdə olan “çı-4” şəkilçisi artırmaq mümkün deyildir.
Əslində sözün sonunda gələn bu hissəciklər “hazır” şəkilçilər deyil, sadəcə olaraq bu sözlərin hamısı teofordurlar.Yəni tanrısal sözlərdilər.Eyni zamanda ulu sözlərdirlər.Əgər biz sözün yaşını insanın tanrı təsəvvürü ilə yaşdaş götürsək, o zaman bu sözlərin “ulu dil” olması sübuta yetmiş olur.Ulu dilə aid sözlər “ka” məfhumundan yaranmışsa müxtəlif xalqların dilində bu söz qohum samit və saitlərlə əvəzlənərək bir məxrəcdə oxşar şəkildə formalaşmışlar.Məs: Kor, hor, qor, for, vor və s.Bu tanrı adlarından yaranan sözlərin hamısı ən qədim insanlarda insan bacarığının da tanrı tərəfindən ona verildiyini qəbul edilərək tanrı adlarını həmin insanların məşğul olduqları sahələrin hazır sözlərinə tanrı adlarını qoşmuşlar.Əslində “şəkilçi” sözü ərəb dilində “şəkil” sözündən olub, sözü yeni şəklə salmaq deməkdir.Yəni söz kök mahiyyətini saxlasa da ona yeni məna gətirir.Bütün dillərdə olan şəkilçi, ədat, qoşma, bağlayıcı və s. kimi işlənən sözlərin hamısı müstəqil sözlər olmuş, onlar getdikcə fonetik hadisələrlə deformasiyaya uğramış və bu günkü forması bilinməyən şəkilçi kimi işlənməkdədir.Məs:
“amma”(amon),”ancaq”(gün+çağ”), “ görə, görəsən” (qor), “bax,baxasan(buğ,bay.Tanrının əlaməti olan buynuz sızü də buradandır)” ki” (ka), “dana” (tan-gün), “yəni” (gün), əgər(gər) və s.Əgər biz cümlədə bu sözlərin əvəzinə “Allah, vallah, sən allah, allah haqqı” kimi sözlər işlətsək cümlənin semantikası dəyişməyəcəkdir.O ki qaldı dilimizdə bu funksiyanı yerinə yetirən “çı4” şəkilçisinə, bunun özü də “çağ” tanrısının adından yaranmadır.Məs: arabaçı, dəmirçi, əkinçi, çözətçi və.s.
Əsas məsələ olan “ist” və “İzm” şəkilşilərinin təsnifatına keçək.Məqalədə verilən və digər sözlərə diqqət yetirək: realist-realizm; kapitalist-kapitalizm; idealist-idealizm; materialist-materrializm; nasist-nasizm; kommunist-kommunizm; sosialist-sosializm və s.Dilimizdə yüzlərlə bu tipdə sözlər vardır.”İst” sözü dilimizdə “çı-4”, “izm” isə “lıq-4” kimi anlaşılır.

Ən qədim insanların tanrı təsəvvürü bu şəkilçidə də özünü doğruldur.İnsanların ən qədim baş tanrılarından biri də “İsıd” olmuşdur.Yuxarıda qeyd olunduğu kimi insanın bacardığı işin ona tanrı tərəfindən verildiyini dərk edərək, həmin peşənin adına tanrının adı qoşulmuşdur.”İst” sözü “İsıd tanrısının” adındandır.Onun adı Qədim Misir tanrılarının adları sırasında çəkilir.Sözlərdəki “izm” isə latın dilli sözlərin cəm şəkilçisini bildirən “s-z” olub, dilimizdəki “lıq-4” şəkilçisinin alternativi kimi işlənmişdir.Bu tip sözlərin əvvəli isim, sonra isimdən sifət düzəlir və yenidən isim düzəlir.Məs: “idol” latın dilində “səcdə olunan”; “idealist” – “səcdə edən”: “idealizm”- “səcdəçilik”; “real”-“həqiqət”: “realist – “Həqiqətçi”, “realizm” – “həqiqətçilik” və s.Türk dillərinə də “İsıd” tanrısının adından yaranma sözlər vardır.Məs: işıq, isti, iş vəs.Bu kimi sözlər bütün dillərdə tanrı adları ilə bağlıdır.
Maraqlı cəhət budur ki, rus dilində “ist” sözü ilə “izm” sözü məfhumun içərisidə bir yerdə işlənir.Bunu sezmək nə qədər çətin olsa da, sözduyumu ilə bunu sezmək mümkündür.Məs: “Зорастризм “, “католицизм “ və s. kimi sözlərdə1-ci “ist”, sonra isə “izm” şəkilçisi bir yerdə işlənmişdir.(”ist” – “st” şəklində işlənmişdir..)
“Zərdüşt” sözü də bu məxəzdəndir.”Zərd” + “ist”-“üşt”.Bir az da dərinə getsəm islam alimlərinin bu günə qədər tapa bilmədiyi “yəzidT tayfasının adı da “İsıd” tanrısına biət edənlər olmuşdur.Qatı atəşpərəst olmuşlar.Onların özlərinə tanrı hesab etdikləri “Azda”nın adı da “İzıd”ın adındandır.Bu günə qədər də “Yəzidi”lər islamın əleyhinə olan bir təriqətə qulluq edirlər.Yeganə etnosdur ki, onlara Ermənistanda ermənilərin içərisində yaşamağa icazə verilmişdir.
P.S.Hörmətli Sima xanım,Mənim yazılarıma diqqət verdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm.Siz mənim sıfırdan başladığımı və bu yolun çətin olduğunu vurğulayırsınız.Ancaq Siz inanın ki, mən ən çətindən sıfıra(asana) tərəf düşürəm.Mən bunu bir Tanrı hədiyyəsi kimi qəbul edirəm.Tanrı ucadan ucadır! Bəndəyə qalsa, Siz deyən kimi, işlər çətin olar...

Paralel.az

0.018718957901001