Hərbi prokurorluq Daxili Qoşunların rüşvətini Konstitusiyadan üstün tutur

Hərbi prokurorluq Daxili Qoşunların rüşvətini Konstitusiyadan üstün tutur
 

Hücum əməliyyatlarında əlil olmuş qaziyə mülki “kimya müdafiəçisi” vəzifəsi yazılıb

Elə çıxmasın ki, fürsətdən yararlanıram. Yox, on ildən çoxdur Daxili Qoşunların özbaşınalığından Prezidentə,  baş prokurora şikayətlərim sonuc vermir. Daha doğrusu, özümə qarşı növbəti özbaşınalıqla sonuclanır. Təsəvvür edin, son xidmət yerim olan DİN Daxili Qoşunlar Baş İdarəsi Prezidentə,  baş prokurora özbaşınalıqdan şikayət etdiyimə görə məndən -1-ci dərəcəli Qarabağ əlilindən məhkəmə yolu ilə 30 milyon tələb edib ,  mənim məhkəmə yolu ilə hüququmun təminatına isə qeyri – prosessual qadağa qoyub. Belədə hansı hüquqdan danışmaq olar? Bir qurum ki Prezidentə,  baş prokurora, məhkəməyə müraciəti “şərəf və ləyaqətin pozulması” kimi dəyərləndirib, idarənin olmayan şərəf və ləyaqətini məhkəmə yolu ilə ÖZÜNÜN(MÜ? ) 1-ci dərəcəli Qarabağ əlilindən 30 milyon almaqla bərpa edəcək , hələ üstəlik Vəkillər Kollegiyasını , hərbi prokurorluğu, məhkəmə hakimiyyətinin 1-ci dərəcəli əlilə qarşı özbaşınalığa səfərbər edəcək, hansı hüquqi müdafiədən danışmaq olar?

Hərbi prokurorluqdan ayrıca danışmaq gərəkir. Nədən hərbi qurumlarda hərbi qanunvericiliyin tələblərinin pozulmasınınaraşdırılması bu inzibati orqanın başlıca görəvidir. Ortalıq on il qabaq Cavid Xəlilov adlı hərbi prokurorluq əməkdaşı izahatımı almaqla yetərlənməyibmiş, həm də DİN-in Daxili Qoşunlarının da izahatını və rüşvətini alıbmış. Bu qənaətə gəlməyim əsassız deyil. Hazırda hərbi prokurorun köməkçisi olan, o çağ hərbi təsisatlarda qanun pozuntularının araşdırılması idarəsinin rəisi Toğrul Hüseynovun çoxillik cavabları belə düşünməyimə əsas verir. Fikir verin, Daxili Qoşunlar hərbi prokurorluğa bildirib ki, müdafiə nazirinin əmri NK-nın qərarından, qanundan, Konstitusiyadan üstündür və hərbi prokurorluq özü də bu cavabı Konstitusiya aktı kimi qəbul edib!

1978-ci ildən 4 illik hərbi hazırlıq kursunun sonucu olaraq leytenant, 1986-cı ildən baş leytenant hərbi rütbəsi daşımağıma baxmayaraq, DİN Daxili Qoşunları və Maliyyə Plan İdarəsi 1991-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmadığım özbaşınalığı ilə xidmət ilimi düz hesablamır və təbii ki, faiz əlavəsinin verilməsindən ümumiyyətlə imtina edir . 1-ci dərəcəli Qarabağ qazisinə qərəz o həddədir ki, döyüşlərdə desant-hücum taburunun komandiri vəzifəsində olmağımı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalının verdiyi 15.04.1993 saylı arayışın notarial qaydada təsdiq edilmiş surəti, DİN DQ-nin qərargah rəisi V. B. Dzarasovun, hərbi tibb şöbəsinin rəisi S. Rüstəmovun 23-24 il qabaq verdikləri məktublar  sübut etsə də, mənə olmayan kimya müdafiə bölüyünün komandir müavini vəzifəsi yazılıb və bu səbəbdən aldığım pensiya tabeliyimdə olanlardan 3 dəfə  (!) azdır. Təsəvvür edin, mənə nə işdənçıxarma pulu, nə geyim - əşya kompensasiyası, nə məzuniyyət, ezamiyyət pulu, nə sığorta ödənişi , nə sanatoriya yollayışı və əvəzində kompensasiya verilib, nə rütbəm artıb, nə vəzifəm düzgün qeyd edilib, nə xidmət ilim düzgün hesablanıb, nə mənzil təminatı və digər güzəştlər tətbiq edilib,  məhkəmə təminatı hüququma da qadağa qoyulub! (?) Hərbi prokurorluğun adını yuxarıda vurğuladığım idarəsinin (yeni) rəisi Aydın Ələsgərov qanunsuzluğa hüquqi qiymət vermək əvəzinə pozuntuları sadalamaqla yazıb ki , bu pozuntuların araşdırılması prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmadığından, məhkəməyə müraciət etməliyəm. Daxili Qoşunların rüşvətinin gücünə baxın, məhkəmə təminatı hüququna qoyulan qadağanın aradan qaldırılmasını tələb edən 1-ci dərəcəli Qarabağ qazisinə məhkəməyə müraciət etmək tövsiyə olunur. Oysa hərbi prokurorluğun özü məhkəmədə iddia qaldırmalıdır. Niyə cinayət işi bir yana, məhkəmədə iddia qaldırmaq bir yana, adicə qanunvericiliyin tələblərinə əməl edilməsini Daxili Qoşunlara məcbur etdirmir hərbi prokurorluq?

On ildən çoxdur üz tutmadığım dövlət orqanı,  millət vəkili, məhkəmə qalmayıb. Hər şey bir yana qalsın, Ağdərədə döyüşlərdə iştirak edərkən ağır travma almış Qarabağ qazisinə“kimya müdafiəçisi” vəzifəsi necə yazıla bilər? Bəs 40 ilin zabitinin Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsində xidmətdə olmadığı necə ? Sizdən soruşuram, DİN DQ komandanı, müdafiə naziri, Dİ naziri, DTX rəisi, hərbi prokuror, baş prokuror ? Üzeyir bəyin personajının dediyi kimi, döyüşçünü,  1-ci dərəcəli Qarabağ qazisini təhqir etməyə başqa səbəb tapmaq olmazdı ?

Məğrur Bədəlsoy

0.02466082572937