Mehman Əliyev: "Venesiya Komissiyasının yekun rəyilə razıyam"
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Paralel.az-a açıqlamasında Venesiya Komissiyasının “Media haqqında” qanun barədə yekun rəyinə münasibət bildirib və bu qanunun ölkədəki media azadlığına mənfi təsirlərindən danışıb.
O əlavə edib ki, Venesiya Komissiyasının "Media haqqında”qanun barədə yekun rəyi ilə tam razıdır. Qanun kifayət qədər problemlidir.
M. Əliyev Media Agentliyinin bir neçə media orqanını reyestr qeydiyyatına almaqdan imtina etdiyini və həmin media orqanlarının məhkəməyə müraciət etdiyinə toxunub. Direktor media orqanlarının məhkəmə çəkişməsi nəticələrinin Avropa İnsan Haqları Məhkəməsinə gedib çıxacağını şübhə etmədiyini bildirib.
Abbas