Şəhid ailəsinin yaşadığı məhəlləyə küçə qaz xətti çəkildi - VİDEO

Şəhid ailəsinin yaşadığı məhəlləyə küçə qaz xətti çəkildi - VİDEO
 

Şəhid ailəsinin yaşadığı məhəlləyə küçə qaz xətti çəkildi, fərdi yaşayış evi təbii qazla təmin edildi.

SOCAR “Azəriqaz” İstehsalat Birliyi Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinin, qazilərin, bu qəbildən olan əhali kateqoriyasına aid şəxslərin müraciətlərinə hər zaman xüsusi həssaslıqla yanaşır.

"Paralel.az" xəbər verir ki, şəhid ailəsi SOCAR “Azəriqaz” İB-yə müraciət edərək fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Daxil olan müraciət dərhal nəzarətə götürülüb və icrası istiqamətində işlərə başlanılıb. 130 metr uzunluğunda diametri 76 mm olan polad boru ilə küçə qaz xətti çəkilib, fərdi yaşayış evinə sayğac quraşdırılıb. Bununla da şəhid ailəsinin etdiyi müraciət qısa zamanda həllini tapıb.

Ətraflı video materialda:

0.016136884689331