Beyləqanda "Əziz Şuşa sən azadsan" adlı ədəbi-bədii gecə keçirilib

 

Beyləqanda
 

 

19 dekabr 2022-ci il tarixində Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon Mərkəzləşdirilmiş kitabxana Sisteminin Bolsulu kənd kitabxanasının, rayon Mədəniyyət Mərkəzinin Bolsulu kənd Sənətkarlıq evinin və şəhid Akif Cavadov adına Bolsulu kənd tam orta məktəbinin birgə təşkilatçılıgı ilə "Şuşa İli"nə həsr olunmuş "Əziz Şuşa sən azadsan" adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, müəllim və  şagirdlər, ictimaiyyət nümayəndələri və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

İştirakçılar əvvəlcə Şuşanın ədiblərinin əsərlərindən ibarət kitab sərgisinə baxış keçirib.

Dövlət Himninin səsləndirilməsi, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər, ordumuzun qətiyətli mübarizəsi ilə tarixi ədalətin bərpa edilməsindən, Şuşanın tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan bərpasına başlanılmasından, ötən iki il müddətində burada "Xarıbülbül" festivalı, "Vaqif  Poeziya Günləri" və s. beynəlxalq səviyyəli tədbirlərin keçirilməsindən 

ətraflı bəhs edib və görülən işlər nəticəsində Şuşalıların tezliklə öz dogma dədə-baba yurdlarına qayıdacaqlarına əmin olduqlarını bildiriblər.

Sonda məktəblilər şeirlər səsləndirib və hazırladıqları rəngarəng kompozisiyaları təqdim ediblər.

Şahnaz Salehqızı, "Paralel.az"

0.01465106010437