"Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyaları davam edir

 

 

"Paralel.az" xəbər verir ki, bu həftə (20-23.12.2022 tarixləri) daha 4 rayonda Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin

2-ci günü saat 13:00-dan 14:00-dək İsmayıllı rayonunda (Heydər Əliyev Parkı),

3-cü günü saat 11:00-dan 12:00-dək Ağsu rayonunda (Bayraq Meydanı),

4-cü günü saat 12:00-dan 13:00-dək Şamaxı rayonunda (Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi),

5-ci günü saat 11:00-dan 12:00-dək isə Ucar rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

0.019340038299561