İlk şair və yazar qadın - Enheduanna

İlk şair və yazar qadın - Enheduanna
 

Tarixdə ilk qadın şair yazar kimi deyil, həm də ilk şair və yazar olaraq tanınan Enheduanna. 

Adını tarixə yazdıran ilk qadın. Onu "Babil dövrünün Şekspiri” də adlandırırlar.

Enheduanna (b.e.ə. 2285 – 2250 – ci illər) şummerlərin Ay tanrısı Nannanın baş rahibəsi olub. Enheduanna "Göylər bəzəyinin (Ayın) baş rahibəsi” mənasında verilən addır. Əsil adı naməlum qalan Enheduannanın Akkad kralı 1-ci Sarqonun qızı olduğu güman edilir. Hakimiyyətə gələn Sarqon Akkad şəhərini saldıraraq Akkad padşahlığı yaradır. I Sarqon hakimiyyəti dövründə Akkad qüdrətli dövlətə çevrilir. 

 

I Sarqon Enheduannanı Şumerlərin ən vacib məbədinin baş rahibəsi seçmiş və Şumer allahları ilə Akkad allahları arasında münasibətləri nizama salmağı həvalə etmişdi. Enheduanna haqqında çox az məlumatın olmasına baxmayaraq onun dövlət işlərində atasının köməkçisi olduğu vurğulanır.

1926-ci ildə britaniyalı arxeoloq Leonard Vulli qədim Şumer şəhəri olan Urda apardığı arxeoloji qazıntılar zamanı üzərində Enheduannanın rəsmi olan kalsit disklər tapıb. Disk üzərində Enheduannanın şəklini seçmək çətin deyildi. Diskin uzunluğu 25,6 sm qalınlığı isə 7,1 sm idi. Onun arxa tərəfindəki yazı 11 sütundan ibarətidi və burada Enheduanna "Sarqonun qızı, Nannanın həyat yoldaşı" kimi təsvir edilmişdi. Diskin dairəvi forması isə Ay allahı İnnanın xüsusiyyətlərindən sayılan tam ayı təmsil edir. Həmin disklər Filadelfiya Universitetinin muzeyində saxlanılır.

Vuley həm də rahibələrin dəfn edildiyi kompleksi də meydana çıxardı. Tarixçi Adam Falkenşteyn "Böyük Sarqonun qızı Enheduanna" adlı məqaləsini 1958 - ci ildə çap etdirdi. Daha sonra Hallo və Van Diyk Enheduannanın şeirlərinin ilk mətnlərini tərcümə, 1968-ci ildə isə nəşr etdirdilər.

Bu gün Enheduanna tərəfindən bəstələnən 42 dini nəğmə məlumdur. Bu nəğmələrin mətnləri Ur və Nippur şəhərlərində aparılan qazıntılar zamanı tapılan 37 tabletin üzərində aşkarlanıb.

Bu kolleksiya "Şumer məbəd nəğmələri” adlanır. Onun məşhur əsərlərindən biri Ay allahı İnannaya həsr etdiyi "İnannaya ehtiram” əsəridir. Əsər 153 misradan ibarətdir.

Onun əsərlərinin bir çoxu tərcümə edilmiş və "Elektron Şumer ədəbiyyatı külliyatında" yer almışdır.

Enheduannanın bu günə əldə olunan əsərləri bunlardır:

"İnannaya ehtiram" (Nin-me-šara) - 153 misradan ibarətdir. Halo və van Diyk tərəfindən 1968-ci ildə tərcümə edilmişdir. İlk 65 misrada ilahə ilə bağlı epitetlər işlədilmiş, 122-135-ci misralarda isə İnannanın ilahi xüsusiyyətlərindən söz açılmışdır.

* "In-nin ša-gur-ra"- 274 misradan ibarətdir, tamamlanmamışdır. 1976-cı ildə Syöberq tərəfidən tərcümə edilmişdir.

"İnanna və Ebih" (In-nin me-huš-a) - Limet tərəfindən 1969-cu ildə tərcümə edilmişdir.

* "Məbəd nəğmələri" - Syöberq və Berqmann tərəfindən 1969-cu ildə hazırlanmışdır.

"Nanna üçün nəğmə" - Uestenholz tərəfindən hazırlanmışdır.

Hazırladı: Kamalə Abiyeva

 

0.022704124450684