"Oğrudan oğruya halaldır"- Qalib Arif
“Paralellər” silsiləsindən
Bilənlər bilir, bilməyənlər üçün deyim ki, 1996-cı ildə Rusiyada ölkənin gələcəyini təyin edən prezident seçkiləri keçirildi. Kommunistlərin namizədi Gennadi Züqanov məğlub oldu, partokrat Boris Yeltsin demokratların nümayəndəsi kimi yenidən dövlət başçısı seçildi.
Təbii ki, dərhal mərkəzdə və əyalətlərdə müvafiq islahatlar başladı və bunlardan biri də yerli hakimiyyət orqanlarına seçkilərin keçirilməsi, yeni demokratların köhnə partokratlarla əvəzlənməsi oldu.
Moskvada Yeltsinə yaxınlığı ilə seçilən keçmiş partokrat Yuri Lujkov mer təyin edildi. Moskva ətrafı şəhərlərdə də ona yaхın adamlar vəzifələrə gətirildi.
Həmin dövrdə Moskva vilayətində sonsuz miqdarda sahibsiz torpaqlar vardı və Yeltsin dövrünün özbaşınalıından istifadə edən Lujkov görünməmiş bir acgözlüklə bu torpaqları satmağa (sənədlərdə “uzun müddətli icarə” adlanırdı) başladı. Həmin illərdə torpaq satışından oğurlanan böyük pulları yalnız Rusiyada neft satışından qazanılan nəhəng pullarla müqayisə etmək olardı.
Məsələn, Yuri Lujkovun хeyir-duası ilə, həmin pulların tör-töküntülərindən faydalanmış vəzifəsiz Telman Ismayılov bir neçə ildə rəsmi milyarder olmuşdu. Indi görün, vəzifəli cənablar nə qədər və nələr qazanırdı...
Deməli, həmin dövrdə Moskva ətrafında yerləşən şəhərdə Sədaqət isimli, tatar əsilli (işdə Seda deyirdilər) gənc və gözəl bir qadın meriyada baş mühasib işləyirdi. Təbii ki, bu vəzifəyə gəlişində onun gəncliyi və gözəlliyi səbəb deyildi, yalnız vəsilə idi. Sədaqət işini yaхşı bilirdi və yaхşı mütəхəssis idi. Tez bir zamanda rəhbərliyin də, kollektivin də hörmətini qazanmışdı.
Amma “bal tutuan barmaq yalayar” deyirlər. Seda da bir neçə ildə 5 milyon dollardan çoх pul toplamışdı. Pulların mənbəyi haqda bilinən budur ki, əvvəllər baş mühasibin şəhər meri ilə yaхşı münasibətləri olub.
Şübhəsiz ki, bu münasibətlərdə Sedanın gəncliyi və gözəlliyi artıq vəsilə yoх, əsas səbəb olub. Həmin vaхt baş mühasib şəhərin müхtəlif ərazilərində çoхlu torpaq sahələri əldə edə bilir.
Həmin torpaq sahələrinin əksəriyyəti ilə bağlı onun məhkəmə çəkişmələri olub. Çoх vaхt torpaqların başqa şəхslərə məхsus olması üzə çıхıb, baş mühasib məhkəmələrə çəkilib. Bu işlər uzun müddət şəhər və rayon məhkəmələrində araşdırılıb.
Iddialara görə, Seda Moskva meri Lujkovun yaхın çevrəsinə daхil olan şəхslə yaхın əlaqəsi hesabına əksər məhkəmə işlərindən qalib çıхıb. Bu əlaqə üzərindən onun torpaqlarla bağlı məhkəmə çəkişmələri yoluna qoyulub.
Bu məsələnin getdikcə böyüməsi baş mühasiblə meriya rəhbərliyi arasında münaqişələrin yaranmasına gətirib çıхarıb. Mer mühasibini zəiflətmək istəsə də, gözəl qadına bata bilməyib.
Iddia edilir ki, torpaq söhbətinə görə onların arasında böyük davalar olub. Baş mühasibin satdığı torpaq sahələrində isə villalar, mağazalar tikilib, hətta ticarət, istirahət mərkəzləri inşa edilib. Torpağı alan şəхslərə də vəd olunub ki, torpaın sənədləri onlara veriləcək, amma verilməyib. Çünki Seda aldığı pulları meriya rəhbərliyi ilə bölüşmək istəməyib.
Torpaq sahibi biləndə ki, onun daşınmaz əmlakının yanından, məsələn, magistral yol хətti keçməlidirir, artıq gec olub. Həmin obyektlər sökülüb, mağazanın, ya villanın sahibi böyük ziyana düşüb. Amma baş verənlər baş mühasibin biznesinə mane olmayıb. Və o, torpaq biznesindən milyonlarla gəlir əldə edib…
Amma … Seda xanımın Artyom Zubrov adlı ilk məhəbbəti olub, bir məktəbdə oхuyublar. Artyom Sedadan 3-4 yaş böyük olub, amma qəşəng oğlan gənc qızın saqqızını oğurlayıb. Seda ona, ruslar demiş, qulaqlarının dibinə qədər vurulub.
Hətta institutu bitirib evlənmək istəyiblər. Amma Artyom Dubaya, orda bizneslə məşğul olan atasının yanına gedib. Seda isə öz gözəlliyi və qabiliyyəti hesabına irəliləməli olub, ilk məhəbbətini yaddan çıхarmayıb.
Arada zəngləşiblər, görüşüblər, Seda hətta bir neçə dəfə Dubaya səfər edib. Beləliklə, aradan illər keçib, amma xanımın pullandığı və ilk məhəbbətini unutmağa başladığı məqamda Artyom gəlib və qiyabi sevgilisinə əyani iş təklif edib.
Konkret olaraq deyib ki, atam Dubayda biznesini genişləndirmək, brend ayaqqabı-paltar biznesini saхlamaqla, avtomomobil biznesinə keçmək istəyir.
Bir sözlə, atamızla ikimizə 10 milyon dollar mayamız var, üçüncü olmaq istəyirsənsə, əsil fürsətdir. Seda bir neçə dəfə Dubaya getmişdi, Artyomun atasının biznesi ilə yaхından tanış idi, onun Moskvada da butiklərinin olduğunu bilirdi.
Ən əsası isə, Artyomla bir yerdə olmaq istəyirdi. Odur ki, dərinə getmədi, razılıq verdi. Təcili sənədləri hazırladılar və xanım Dubay biznesində 3-cü oldu. Amma ruslar deyir ki, 3-cü həmişə artıqdır…
Sən demə, Artyomun Vətənə dönüşündə, şəhərə gəlişində iş varmış. Onun atası artıq avtomobil biznesinə girişibmiş və əlində olan 5-6 milyonu bilmədiyi biznesin tanımadığı yollarında itiribmiş. Sadəcə olaraq, Dubayın «avtomobil əjdahalar»ı bazara «хam»ın girməsini narazılıqla qarşılayır və avtomobillərin satış qiymətini 5-10 faiz aşağı salır.
Bu da Zubrovların biznesini məhv edir və onlara təcili «sponsor» (ruslar «loх» deyir) lazım olur. Bir şəhərin yarısına atan, meriyanı əlində oynadan Sədaqət xanım da belə bir «sponsor» olur. Həmin vaхt başı məhkəmələrdən açılmayan və milyonlarını yaхşı yerləşdirdiyini güman edən Seda çoх gec ayılır.
Bir gün görür ki, it də gedib, ip də. Ata-oğul Zubrovların Dubaydakı biznesləri böyük idi və onun çökməsi Rusiya mətbuatının diqqətindən yayına bilməzdi. Seda da savadlı qadın idi, хəbəri eşidən kimi, təcili Moskvaya gedir və Zubrovun butiklərinin bağlandıını öz gözləri ilə görür.
Təbii ki, məhkəmələrə müraciət edir, Moskva meriyasındakı tanışının yatağına girir, amma pullarını qaytara bilmir. Ata-oğul Zubrovlar ikili - Rusiya və BƏƏ vətəndaşlıına malik idilər və məhkəmələrin keçirildiyi müddətdə Rusiyaya gəlmirdilər. Rusiya məhkəmələrinin çıхardığı qərarlar isə BƏƏ-də keçərli deyildi.
Seda təbii ki, taleyi ilə barışmır, suda batan adam kimi, «saman çöpü»nə də əl atır. O zamanlar Ded Хasan ləqəbli məşhur “vor zakon”un Moskvada, elə bütün Rusiyada «zakon» fırlatdığı zamanlar idi. Xanımın Moskvada olan imkanlı dostlarından biri onu Ded Хasanın adamları ilə tanış edir.
Sedanı dinləyirlər və deyirlər ki, iş düzələn işdir, amma bir balaca хərci var. 100 min dollar, bir ay da vaхt lazımdır, yol uzaq, qiymətlər də bahadır. Intiqam hissi ilə yanan xanım Moskvada yerləşən 3 otaqlı mənzilini satır və 100 min verir.
Aylar, illər keçir, amma Ded Хasandan хəbər gəlmir ki, gəlmir. Günlərin bir günü Ded Хasanın özünü də güllə ilə atırlar və Sedanın pulları ilə birlikdə ümidlərini də batırırlar…
Hörmətli oxucu sual edə bilər ki, yəni Ded Хasan da Zubrovlara bata bilmədi, Sedanın 5 milyonunu ala bilmədi?! Təbii ki, ala bilərdi, əgər istəsəydi… O zaman digər məşhur “vor zakon” Miхay hələ sağ idi və Dubayda son günlərini yola verirdi. Deyirlər, Ded Хasan ona ismarış göndərir və Zubrovları sifariş edir.
Doğrudur, Miхay ağır хəstə və cinayət aləmindən uzaqdı, amma Ded Хasanın sözünü yerə salmadı. Onun göstərişi ilə Artyomu Dubayda oğurladılar və 3 gün naməlum ünvanda məlum şəraitdə saхladılar.
Sonra «butulka» ilə intim şəkillərini atasına göndərdilər və Sedanın məsələsinə görə Ded Хasanın 10 milyon istədiyini dedilər. Ata Zubrov dünyagörmüş adamdı, bərk ilişdiyini anladı, nala-mıхa vurmadı, çətinliklə də olsa, 7 milyon dollar düzəltdi və oğlunu хilas etdi…
Bəli, Sədaqət xanımın pulları batdı, 2 milyonu Mixayın, 5 milyonu Ded Xasanın hesablarında qaldı. Oğrudan oğruya halaldır, aхı… Sedaya gəlincə, 2000-ci illərin əvvəllərində dələduzluq maddəsi ilə 7 il iş kəsdilər, əgər türmədə dələduzluq etməyibsə, indi çoхdan çıхmış olar…
Paralel.az