Rəqsanənin evindən 400 minlik oğurluq olub

Rəqsanənin evindən 400 minlik oğurluq olub
 

Müğənni Rəqsanə İsmayılovanın evindən oğurluq edilib.

Paralel.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə o, “Bizimləsən” proqramında danışıb.

Rəqsanə bildirib ki, evindən külli miqdarda qızıl oğurlanıb:

“218 min avro (412 min manat) dəyərində qızıl oğurlanıb. Moskvadakı evimdə baş verib. Kimin etdiyini bilirəm. Yaxın adamımdır. Ad çəkmək istəmirəm. Sadəcə bu hadisə Moskvada baş verdiyi üçün burada polisə müraciət edə bilmərəm.

Hadisə 20 gün əvvəl baş verib. Bununla bağlı Moskvadan Bakıya axtarış verilib. Mən Moskvaya məclisə getmişdim. Elə oldu ki, Bakıya qayıdanda zinət əşyalarıma açıb baxdım, gördüm ki, sırğam yoxdur. O da “Cartier” brendinə məxsus, bahalı zinət əşyasıdır. Bu sırğadan dünyada sadəcə 17 ədəd istehsal olunub.

Mən evdə bunu deyəndə hamı Allaha and içdi. Bakıya gəldim ki, axtarım, Fazil müəllimlə də məsləhətləşdim. Oradan mənə yazdı ki, sənə bir sirr açım. Yəni özü etiraf etdi”.

 

0.019345045089722