"Bu mücadilənin sonunda da Azərbaycanınımız yeni şanlı tarix yazacaq"

 

İsveçrədəki icmamız Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasını vətənpərvərliyin əsl nümünəsi adlandırıb

Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekofəalların, könüllülərin və media mənsublarının Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasını qürurla izləyirlər.

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Əkbər Gəncə bildirib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq keçirilən dinc aksiya vətənpərvərliyin əsl nümünəsidir.

“3 gündür çox qiymətli xalqımız ayaq üstündədir. Əli silahsız soydaşlarımız Vətənimiz naminə ağır silahlara malik rus sülhməramlıları ilə qarşı-qarşıya, göz-gözə mücadilə aparırlar. Bu davranış misilsiz xalqımızın, o cümlədən dünya azərbaycanlılarının qürurunun və mərdliyinin göstəricisidir. Biz ölkəmizdən uzaqda olsaq da, ürəyimiz və ruhumuz aksiyaçılarla birgə döyünür. Onların arxasında güclü Azərbaycan dövləti və diasporu dayanır. 44 günlük savaşda Qarabağımıza necə qovuşduqsa, bu mücadilənin sonunda da Azərbaycanınımız yeni şanlı tarix yazacaq”, - deyə Ə.Gəncə əminliyini ifadə edib.

Paralel.az

0.015316009521484