Antiinhisar Dövlət Xidməti çox, hədsiz dərəcədə gücsüz...

Antiinhisar Dövlət Xidməti çox, hədsiz dərəcədə gücsüz...
 

Osman Gündüz:

Antiinhisar Dövlət Xidməti çox, hədsiz dərəcədə gücsüz, "dişsiz" bir quruma çevrilməkdədir
Bu gün açıqlanıb ki, ən şəffaf qurumlardan hesab olunan Dövlət Neft Fondu "Məlumat emalı infrastrukturu" yaratmaq üçün "Farah İnnovations” şirkətinə 2,9 milyon manat ayıracaq.
Hansı ki, Prezidentin bu tip xərclərin dayandırılması, optimallıq və səmərəlilik baxımından bu tip infrastrukturun Hökumət Buluduna inteqrasiyası ilə bağlı fərmanı var.
Bir müddət bundan öncə bu haqda yazmışdıq.
Bu tender nəinki Prezident fərmanına zidd idi, həm də tenderin texniki şərtlərindən görünürdü ki, onu hazırlayan DNF-nin İT qurumu, "Aytişnikləri" məhz məqsədyönlü olaraq , qabaqcadan bəlli qurumun qalib gəlməsini arzulayıblar.
Əlbəttə, bu, araşdırma tələb edirdi.
 Antiinhisar da tender elanını qeydə alaraq araşdırma aparılacağını bildirmişdi.
İndi açıqlamadan görünür ki, artıq tender olub və gözlənilən də baş verib.
Antiinhisarın bununla bağlı açıqlamasına hələlik rast gəlməmişəm. Bilmirəm tenderin "özəl texniki şərtlər"inə baxa biliblərmi.
eSatınalma-dan görsənir ki, digər dövlət qurumlarında da bu tip paralel İT infrastruktur tədbirləri, paralel data mərkəzlər quruculuğu davam edir.
İndi mən hökumətə, RİNN-ə, Administrasiyanın müvafiq qurumlarına müraciət edirəm.
Əgər dövlət xərcləri Prezident fərmanında və hökumətin qərarlarında qeyd olunduğu kimi optimallaşmaq əvəzinə daha da artırsa onda Hökumət Buludunu saxlamaq nə dərəcədə doğrudur ?
Yenidən hər bir dövlət qurumu milyonlar sərf edib özəl data mərkəzlər qurmalıdırmı?

Paralel.az

0.014003992080688