«Aztelekom» Antiinhisarın iddiası ilə razılaşmayıb
Osman Gündüz:
Söhbət adi internet istifadəçilərə qarşı deyil, provayderlərə tətbiq edilən tariflərdən gedir
Bir müddət öncə Aztelekom-a sorğu ilə müraciət etmişdim.
Sorğum quruma qarşı Antiinhisarın son addımları ilə bağlıydı.
İndi baxıram ki, Aztelekom bununla bağlı rəsmi açıqlama yayıb. Yenə sağ olsunlar
Açıqlamalarında da Antiinhisarla razılaşmadıqlarını bildiriblər.
Məlum olduğu kimi bir müddət öncə Antiinhisar Dövlət Xidməti bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi əlamətləri üzrə, provayderlərin şikayəti əsasında Aztelekom-a qarşı iş qaldırmışdı.
Provayderlər dövlətə məxsus olan rabitə resursların istifadə tariflərininAztelekom və Baktelecom tərəfindən bir neçə dəfə qaldırıldığını bildirirlər:
Məsələn :
1.Aztelekom və Baktelekomun ATS-lərində özəl Provayderlərin rabitə şkafı qoymaq üçün icarə edilən 1kv metr sahə üçün icarə haqqı:
Əvvəl 210 man/1kv metr , indi 315 manat/1kv metr ;
2. Aztelekom və Baktelekomun ATS-lərində ADSL internet xidmətinə qoşulan hər bir telefon nömrəsinə(abunəçi telefon xəttinə) görə özəl İSP-ni ödədiyi telefon nömrəsi icarə haqqı:
Əvvəl 2 man/ay, indi 3,5 man/ay;
3. Aztelekom və Baktelekomun istismar etdiyi dövlətə məxsus yeraltı kabel kanalizasiya quyularında özəl İSP-lərə məxsus FO kabellərin illik saxlanma haqqı:
Əvvəl-1200 man/1 km, indi 1800 man/1 km.
Və s.
İndi Aztelekom açıqlayıb ki, internet provayderlərin şikayətləri əsassızdır.
Aztelekom artıq bununla bağlı müvafiq məlumatları Antiinhisar qurumuna təqdim etdiyini bildirib.
Hələlik Antiinhisar Dövlət Xidməti bununla bağlı mövqeyini açıqlamayıb.
Gözləmək olar ki , Aztelekom tarifləri dəyişməsə özəl provayderlər istifadəçilər üçün qiymətləri qaldıra bilərlər.
Xatırladıram ki , Antiinhisar hələlik RİNN-nin Aztelekom və Baktelecom-u birləşdirməsi məsələsinə də rəsmi münasibətini açıqlamayıb.
Paralel.az