Günahkar yoxdur...

Günahkar yoxdur...
 
 
Kəmalə Abiyeva 
 
Durmusan qarşımda sən səhvim kim
Baxmağa gözümün cürəti çatmır..
Bu elə ağrı ki, bu elə qəm ki,
Duymağa qəlbimin qüdrəti çatmır..

 
Ürək bağlamışdı qapılarını
Sanırdı kimsəyə açmaz bir daha...
İndi bu sevgidə günahkar hanı?
Elə bilirdi ki, sevməz bir daha.

Neyləyim ürəyim sözündən dönür
Özü öz önündə batır günaha.
Susan arzularım yenidən dinir
Mən elə bilirdim sevmərəm daha..
 
Axı neyləyim ki, mən səni sevdim,
Sevdim cəzam kimi, günahım kimi...
Sən mənim ömrümə bir nur gətirdin
Sevdim ən işıqlı sabahım kimi...

Qınama özünü, qınama məni,
Demə ki, bu sevgi hədərdi, hədər.
Ruhum da rahatlıq tapmazdı mənim
Mən səni sevmədən ölsəydim əgər...
 
Paralel.az
 
0.068403959274292