Qaçqınlar Prezidentə şikayət etdilər: "Nazir müavini Vüqar Kərimov bizi məhv etdirir"...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Surəti: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Səbinə xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevə
Surəti: Azərbaycan Respublikasının Milli Məclisinə
Surəti: Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Mahir Abbaszadəyə
Şəki rayonu Çeşməli kəndi ərazisi, Əhmədbəyli meşə yaşayış massivində məskunlaşan Laçın və Kəlbəcər rayonundan olan məcburi köçkünlər tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli cənab Prezident!
Bu ərizə ilə Sizə bildiririk ki, biz 1993-1994-cü illərdən Laçın və Kəlbəcər rayonundan olan məcburi köçkünlər doqquz ailə olaraq Şəki rayonunun Əhmədbəyli meşə yaşayış massivində məskunlaşmışıq.
Həmin ərazidə dolanmaq üçün təsərrüfatla məşğul oluruq. Dəfələrlə Şəki Meşə İdarəsinin müdriyyəti tərəfindən bizim həmin ərazidən çıxmağımız üçün təzyiqlər edilsə də, Sizin və lazımi orqanlara müraciətlər edərək, həmin ərazidə təsərrüfatımızla məşğul olub, yaşayışıımızı davam etdiririk.
Burada məşkunlaşdığımız 28-29 il ərzində meşəyə heç bir ziyanlıq vurmamışıq. Hətta dəfələrlə aparılan yoxlamalar da bunu sübut edir. Torpağı mənimsəmək məqsədilə bəzi adamlar rüşvət verməklə, Əhmədbəyli meşəsinin məhv olunması barədə yuxarı orqanlara yalan, həqiqətə uyğun olmayan şikayətlər yazdırmışlar. Lakin yazılan yalanlar təsdiq olunmayıb.
Qırx dörd günlük Vətən müharibəsində qazanılmış qələbədən sonra Şəki Meşə İdarəsinin müdiri Əkrəm, Meşə İdarəsinin Baş Kəldək kəndi üzrə sahə müdiri Vidadi, 7 saylı Şəki Regional Təbii Sərvətlər İdarəsinin rəhbəri Namiq və başqaları mütəmadi olaraq Əhmədbəyli meşəsinə gəlir, “burada olan 1970-ci ildə tikilmiş fermanı almışıq, siz burdan çıxın” deyib, bizi çox narahat edirlər.
Hörmətli cənab Prezident!
31 oktyabr 2022-ci il tarixində isə yuxanda adlarını qeyd etdiyimiz təşkilatlardan gələn nümayəndələr bizə Azərbaycan Respublikası Təbii Sərvətlər naziri Muxtar Babayevin göstərişi ilə fermanın həyətinə ağac əkilməli olduğunu bildirilmişlər. Biz inanrıq ki, cənab nazir belə göstəriş verərək, bizi qışın oğlan çağında pis vəziyyətdə qoysun. Bilirik ki, bizə qarşı edilən yanlış göstəriş Şəkidəki məmurlara Nazir müavini Vüqar Kərimovdan daxil olur.
Biz isə, Namiq, Əkrəm və Elşada müraciət edərək, bildirmişik ki, çox hörmətli cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin tapşırığı ilə öz torpaqlarımıza qayıdana kimi hazırda yaşadığımız ərazidə öz təsərrüfatımızla məşğul olmaq üçün bizə möhlət verilib. Ərazidəki məmurlar bizi ələ salaraq bildirirlər ki, “mal-qaranızı satın, yurdunuza qayıdan vaxt Prezident sizi mal-qara ilə təmin edəcək”.
Hörmətli cənab Prezident!
Qeyd edirik ki, bizə bu sözləri deyən, adları yuxarıda çəkilən şəxslər Şəki rayonunda ən imkanlı adamlardır. Onların meşə ərzisində, rayon ətrafında onlarla obyekt və texnikarı var. Onlar Şəkidə vəzifəli şəxslərlə əlbir olub, yaşadığıdığımız və təsərrüfatımızı saxladığımız Əhmədbəyli meşəsinin torpaqlarını Elxan adlı imkansız bir şəxsin adına sənədləşdiriblər. Guya 45-50 hektarlıq sahədə fındıq ağacları sahəsi salacaqlar. Əslində isə, onların məqsədi fındıq ağacı əkmək deyil, fındıq ağacının hər hektarına dövlətin ayırdığı 5000 (beş min) manat subsidiyanı almaqdır.
Əgər bunların fikri ağac əkmək olsaydı, Göynükdə və digər yerlərdə keçən il üçün 10 (on) hektar sahədə əkdikləri fındıq ağacları məhv olmazdı. Aydın olur ki, əsl məqsədləri ağac əkib, meşə salmaq yox, asan qazanc əldə etmək və dövlətin büdcəsinə zərər vurmaqdır.
Şəxsən Elşad Alxasov özü onlarla şəxsi texnikasını gətirib fermamızın ətrafına töküb, səngər qazıb. Adlarını qeyd etdiyimiz şəxslər öz vəzifələrindən sui-istifadə edərək, biz məcburi köçkünləri incidirlər və beləliklə, ölkədə narazılıq yaradırlar.
Qoy, bizi ələ salan, təsərrüfatımızı dağıtmaq istən vəzifəli şəxslər bilinsin ki, biz dövlətimizə və hörmətli cənab Prezidentimizə güvənirik, inanırıq və daim onun daxili və xarici siyasətini müdafiə etmişik və bundan sonra da müdafiə etməyə davam edəcəyik.
Meşə idarəsinin işçiləri bizə bildirirlər ki, yaşadığımız evin həyətində ağac əkdirmək göstərişini verən Prezident səviyyəsində adamdır, əgər kim olduğunu bilsəniz, qorxudan səsinizi də çıxarmazsınız. Biz cənab Prezidentimizdən başqa onun səviyyədə olan ikinci bir adam tanımırıq.
Hörmətli cənab Prezident!
Onu da qeyd edək ki, yaşadığımız ərazidə ağac əkin sahəsini suvarmaq üçün su yoxdur. Meşənin içərisində su tutan yerləri 100 hektarlarla sahəyə özləri üçün yonca və arpa əkiblər. Sual olunur, bəs həmin ağacları niyə su olan həmin ərazidə deyil, bizim yaşadığımız suvarma üçün su olmayan fermanın daxilinə əkirlər? Şəki meşələrin zəngin təbiətinin bütün sərvətləri, ov heyvanları-qırqovulu, balığı, donuzu, dağ keçisi-hamısı vəzifəli şəxslərə məxsusdur. Amma biz öz şəxsi təsərrüfatımızla dolandığımız halda, bizə maneçilik törədirlər. Hərəmizin 1 hektar torpaq sahəsi var, buğda, arpa əkməklə ailəmizin ehtiyaclarını təmin edirik, artıq həmin bitkilər boy atıb, göyərdiyi halda, Şəki məmurları gətirib həmin torpağa ağac əkirlər.
Hörmətli cənab Prezident!
Bildiririk ki, Azərbaycan Respublikasının Təbii Sərvətlər Nazirinin müavini Vüqar müəllim Şəki rayonunun Kiş kəndindəndir. Nazir müavini güc tətbiq edərək, Şəki Meşə təsərrüfatı işçilərinə göstəriş verib ki, Əhmədbəyli meşəsində yaşayan məcburi köçkünləri məhv edin. Məqsəd biz köçməmiş fermanın ərazisini ələ keçirməkdir.
Hörmətli cənab Prezident!
Sizdən xahiş edirik, nazir müavini Vüqar Kərimovdan tapşırıq alıb, hər gün fermamıza və təsərrüfatımıza hücum çəkən məmurların qarşısının alınmasına, işğaldan azad olunmuş torpaqlarımıza köçənə qədər şəxsi təsərrüfatımızla məşğul olmaq üçün imkan bizə verilməsinə köməklik göstərilməsinə göstəriş verəsiniz.
Dərin hörmətlə,
İmzalar:
1. Rəhimov Elman Kərəm oğlu (AZEN° 13257974)
2. Mirməmmədov Almədət Baloğlan oğlu (AZEN° 09701850)
3. Aliyev Cavid Nizami oğlu (AA 2143290)
4. Alıyeva Elza Səfiyar qızı (AZEN° 02776534)
5. Məmmədov Cahangir Həsənxan oğlu-(Şəhid qardaşı AZEN° 17714752)
6. Alıyeva Həcər Nizami qızı (AZEN°16667341)
7. Rəhimova Əfruz Kərəm qızı (AZEN° 15234206)
8. Məmmədova Fərqanə Şöhlət qızı (AZEN° 02778163)
14.12.2022