Xankəndinə nələr göndərə bilərik?

Xankəndinə nələr göndərə bilərik?
 

Asif Nərimanlı:
- Xankəndinə qaz verilişi dayandırılıb;
- Bir neçə günə tibbi ləvazimatlar qurtaracaq;
- Uşaqlar küçədə qalıb, evlərinə qayıda bilmir;
- Enerji təchizatı, benzin və dizel yanacağı, zəruri ərzaq təminatı kəsilib;
- İrəvana aparılması planlaşdırılan ağır xəstələr var;
Və bu kimi iddialar Ermənistanın “Azərbaycan Qarabağda “humanitar fəlakət” törədir” kampaniyasına hesablanmış dezinformasiyalardır. Bu kampaniyanı daha da genişləndirəcəklər, erməni diasporu/lobbisi də bu istiqamətdə aktivləşəcək. Ötən ilin qışında qaz kəsiləndə də eyni taktikaya əl atmışdılar.
Artıq təcrübəsi olan rəsmi Bakı bu kampaniyaya qarşı iki gediş etdi:
Birincisi, ölkədə akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri məlumatlandırdı;
İkincisi, erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu bəyan etdi;
Bu işin daha geniş şəkildə davam etdirilməsi zərurəti var:
- ermənilərin dezinformasiyasına qarşı faktları xarici mediaya çıxarmaq olar;
- erməni əhalisinə yardımların edilməsi praktiki formada nümayiş etdirilə bilər: misal üçün, Xankəndinə göndərilməsi üçün ərzaq və tibbi ləvazimatlardan ibarət yüklər hazırlamaq, bunu nümayiş etdirmək lazımdır; bununla, həm dünya, həm də ermənilərə Bakının yardım bəyanatının reallığına dair müsbət siqnallar göndərmək olar;

Paralel.az

0.026504039764404