“Şeytan uşağı” - Bir əli 8 kilodur - FOTO
Hindistanda yaşayan Mohammede Kaleem yuyunmaq, yemək yemək kimi gündəlik işləri belə yerinə yetirməkdə çətinlik çəkir. Kaleem son dərəcə nadir xəstəliyi səbəbindən bir əlinin 8 kilo olduğunu deyib. İnsanların onu görəndə qorxduğunu dilə gətirən Kaleem Hindistanda yaşadığı kənddə qonşularının ondan uzaq durduğunu bildirib.
Hindistanlı 16 yaşlı Kaleem əllərinin normaldan daha böyük görünməsinə səbəb olan nadir bir xəstəliklə mübarizə aparır. Onun bu xəstəliyi makrodaktiliya adı ilə bilinir. Bu nadir xəstəliyə dünyada cəmi 300 nəfərdə rast gəlinib.
Kalemin biləyi ilə şəhadət barmağı arasındakı məsafənin 24 sm olduğu bildirilib. Xəstəliyinin müalicəsi hələ tapılmasa da, Kaleem sümük, dəri və toxumaların böyüməsindən şikayətlənir. Böyüdüyü kənddə yerli əhalinin ona “Şeytan uşağı” dediklərini və hər zaman ondan qorxduqlarını bildirən Kaleem, “Məndən qaçırlar. Məni heç cür qəbul edə bilmədilər” söyləyib.