Jatingada "Quşların kütləvi intiharı"

Jatingada
 


Jatinga kəndi Hindistanın şimal-şərqindəki Assam ştatında yerləşir. Bura yaşıllıqlar və dağlarla əhatə olunmuş gözəl yerdir. Ancaq hər il burada dəhşətli bir hadisə baş verir. Belə ki, burada hər il sentyabr-noyabr ayları arasında, günəş batdıqdan dərhal sonra yüzlərlə quş səmaya qalxaraq özlərini qəsdən ağaclara və binalara çırparaq intihar edirlər.

Alimlər hələ də bu fenomenin əsl səbəbini heç cür araşdıra bilmirlər. Baş verənlərlə bağlı irəli sürülən fikirlər çoxdur. Bəziləri quşların mussonların gətirdiyi dumanların onların oriyentasiyasını itirməsindən şübhələnirlər. Digərləri isə göylərdə yaşayan pis ruhların onlara mənfi təsir göstərməsindən danışırlar.

Qeyd edək ki, "quşların kütləvi intiharı"ilk dəfə 1900-cü illərdə müşahidə edilib. Bu fenomenlə bağlı elmi araşdırmalar davam etməkdədir.

Quşların kütləvi intiharı bir çox səyyahın marağına səbəb oldu. Olar öz gözləri ilə bunun şahidi olmaq üçün bu yerə gəlirlər.

Paralel.az

0.055083036422729