Bermud üçbücağında belə burada olduğu qədər insan itkin düşməyib

Bermud üçbücağında belə burada olduğu qədər insan itkin düşməyib
 


Amerika Birləşmiş Ştatlarının ən böyük ştatlarından biri olan əsrarəngiz Alyaskada ən çox insanın itkin düşdüyünü bilirdiniz?

Alyaskanın əhalisi təxminən 600.000 nəfərdir və 1998-ci ildən bəri burada 53.000-dən çox insan itkin düşüb.

Hətta qorxunc və vahiməli Bermud üçbücağında belə Alyaskada olduğu qədər insan itkin düşməyib. Məsələnin ən qəribə tərəfi isə itən insanların ölüsünün və ya dirisinin tapılmamasıdır. Məsələn, kriptozooloq Ken Gerhard hər şeydə UFO-ların günahkar olduğuna əmindir. O, nümunə olaraq 1950-ci ildə baş vermiş bir hadisəni misal çəkib. Həmin il göyərtəsində 44 nəfər olan hərbi təyyarə “ Alyaska üçbucağı” ərazisi üzərində itkin düşüb. Geniş axtarışlara baxmayaraq, təyyarənin və onun sərnişinlərinin izi tapılmayıb.
Paralel.az
Image
0.01996898651123