Çin İrana qarşı yönəldi

Çin İrana qarşı yönəldi
 
 
Siracəddin Hacı:
- Çinlə İran arasında 25 illik müqavilə bağlanmışdı. Bu anlaşma iki dövlət arasında siyasi, iqtisadi, diplomatik, hərbi məsələləri əhatə edirdi. İrana tətbiq olunan yasaqlar iki dövlətin ciddi əməkdaşlığına, müqavilədə nəzərdə tutulan bəndlərin yerinə yetirilməsinə imkan vermədi;
- Vəziyyət dəyişdi, İran da ənənəvi müttəfiqi olan Rusiya da zəiflədi. Yaranmış şəraiti dəyərləndirən Çin yeni bir addım atdı: İranın düşmən saydığı Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı gücləndirmək qərarı verdi. Çin rəhbəri Çin-Ərəb zirvəsində iştirak etmək üçün Riyada getdi, 3 gün orda qaldı, Səudiyyə Ərəbistanı və körfəz ölkələri ilə əməkdaşlıq məsələlərinin müzakirə olunacağı iclasda iştirak etdi;
- Səudiyyə Ərəbistanı Çin rəhbərini xüsusi təntənə ilə qarşıladı, İrana meydan oxudu. Bu ölkənin hava sahəsinə daxil olan Çin rəhbərinin təyyarəsi jetlərlə müşayiət olundu, göy üzü Çin bayrağının rənglərinə boyandı;
- Görüşlərin nəticəsində 3 sənəd qəbul olundu, Çin rəhbəri ilk dəfə İran bölgə üçün təhlükədir, terroru dəstəkləyir, ölkələrin iç məsələlərinə qarışır, eləcə də İranla Birləşmiş Ərəb Əmirlikləri arasında mübahisəli sayılan adaların Birləşmiş Ərəb Əmirliklərinə aid olduğunu göstərən bəndlərin yer aldığı sənədi imzaladı, dedi ki, Səudiyyə Ərəbistanı və körfəz ölkələri ilə güclü, davamlı, strateji əməkdaşlıq üçün Riyada gəlmişəm;
- Zəifləmiş İranın Çinə etiraz imkanı olmadığından görüş istədi, Çinin Baş nazirinin müavininin Tehrana gəlməsi gözlənilir, siyasi şərhçilər deyirlər ki, Çinin Ərəb dünyası ilə yaxınlaşması İranın mövqeyini ciddi şəkildə zəiflədəcək;
 
Paralel.az
0.0453040599823