Dünyada ən az əhalisi olan ölkələr - FOTO
Dünyada ən az əhalisi olan ölkələr də mövcuddur. Onları tanımaq sizlərə də maraqlı olacaq.
Nauru
Avstraliyanın şimal-şərqində yerləşən bu ölkənin 11 min əhalisi var. Bu ölkənin bir çox gözəl məkanları olsa da, oranın turistik yer olduğunu söyləmək çox da doğru olmaz. Çünki ölkədə ciddi nəqliyyat problemi mövcuddur.
Montserrat
“Dik dağ” kimi tərcümə olunan vulkanlar ölkəsi Monserratın əhalisinin sayı 5000-6000 arasında dəyişir. Əhalisinin sayının tez-tez dəyişməsi məhz bu səbəbdəndir. Qeyd edək ki, bu torpaqları 1792-ci ildə məşhur səyyah Xristofor Kolumb kəşf edib.
Müqəddəs Yelena
Atlantik okeanın cənubunda yerləşən bu vulkanik döşəməli ada Böyük Britaniyanın nəzarətindədir. İlk dəfə 1502-ci ildə dənizçilər tərəfindən kəşf ediləndə Müqəddəs Yelenada həyat əlamətləri olmasa da, 2008-ci ilin sayımlarına görə ölkədə 7543 nəfər yaşayır. Əsrlər boyunca dənizçilərə böyük köməkçi olan bu adaya sürgün olanlar göndərilib. Adaya sürgün edilənlərdən biri də Napaleon Bonapart olub.
Folklənd adaları
Bu adalar Argentina ilə Böyük Britaniya arasında Atlantik okeanının cənub-qərb hissəsində yerləşən mübahisəli ərazidir. İki böyük adalardan - Şərqi Folklend (Soledad) və Qərbi Folklend (Qrand-Malkina) və 200-ə yaxın kiçik adalardan ibarətdir. Onun sahəsi 12,1 min km2 , əhalisi -3 min nəfərdir. Burada insanlar əsasən maldarlıq və balıqçılıqla məşğuldurlar. İlk dəfə 1600-cü illərdə holland əsilli Sebald de Viirt tərəfindən kəşf edildiyi bildirilir.
Niue
Sakit okeanında yerləşən ada dövlətidir. Yeni Zelandiyadan 2,400 km şimal-şərqdə yerləşir. Quru sahəsi 260 kv.km-dir. 2016-cı ilin noyabrına olan məlumata əsasən, əksəriyyəti Polineziyada olmaqla təqribən 1,612 nəfər əhalisi var.
Niuenin paytaxtı Alofi kəndidir. Niue əhalisi Yeni Zelandiya vətəndaşı 70%-i Niue dilində danışır. Ada 19-cu əsrdə kəşf edilib.
Tokelau
1411 nəfərlik əhalisi olan Tokelau Sakit okeanda Yeni Zelandiyanın asılılığında olan ölkədir. Ümumi sahəsi cəmi 10,1 km² olan arxipelaq üç kiçik adadan ibarətdir: Atafu, Nukunonu və Fakaofo.
Qeyd edək ki, bu ölkə 1948-ci ildə qurulan monarxiya sistemi ilə idarə olunur.
Vatikan
Vatikan – dünyanın ən kiçik, eyni zamanda, müstəqil və suveren ölkəsidir. Ölkə 44 hektar əraziyə və mindən çox əhaliyə sahibdir. Roma Papası tərəfindən idarə edilən teokratik monarxiya 11 fevral 1929-cu il tarixində Roma katolik kilsəsi və İtaliya rəhbərliyi arasında Lüteran sazişi əsasında yaradılıb.
Pitkairn adaları
Pitkairn adaları Sakit okeanda yerləşən kiçik bir topluluqdan ibarətdir. Adada ən qədim məskunlaşma izləri 11-ci əsrə aiddir. Pitkairn adalarında 2018-ci ildə cəmi 51 nəfər insan yaşayırdı. 2020-ci ilə olan məlumatlara görə isə 50 nəfər yaşayır. Adada sadəcə dəniz quldurları məskunlaşıb. 1808-ci ildə balina ovçuları tərəfindən kəşf olunan ada daha sonra limana çevrilib.
Silənd
Şimal dənizində yerləşən virtual dövlətdir. Demək olar ki, bura dünyanın ən kiçik tanınmayan ölkəsidir. Əhalisinin sayı təxminən 27 nəfərdir. Silənd II Dünya müharibəsi zamanı alman təyyarələrinin qarşısını almaq üçün İngiltərə tərəfindən dəniz qalası kimi inşa edilib.