"İşğalçı rus qoşunları ərazidən çıx"
Qubad İbadoğlu:
Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə Qarabağın girişində keçirilən aksiyanın bircə şüarı olmalıdır: “işğalçı rus qoşunları ərazidən çıx”
Bu mövqeni birbaşa qoymağa siyasi iradəsi çatmayan hakimiyyətin etdikləri sadəcə imitasiydır və daxili auditoriya üçündür. Hakimiyyət Qarabağa qızıl axtaranları və ekoloqları göndərməli deyil, özü getməlidir, erməni hərbi birləşmələrini ərazidən çıxarmalı, Laçın dəhlizində sərhəd buraxılış məntəqəsi, kömrük postu qurmalıdır.
Ekoloqlara və jurnalistlərə gəlincə, onları həmçinin Xəzərin rus raketlərinin zəhərli tullantılarından, təbiətin ərəb brakonyerlərdən qorunmasına, büdcədən ətraf mühitin mühafizəsinə ayrılan pulların şəffaf xərclənməsinə diqqət etməyə çağırıram.
"Paralel.az"