Azərbaycan fenomeni

Azərbaycan fenomeni
 

Qalib ARİF:
Düşünürəm ki, Heydər Əliyev bizim Azərbaycan fenomenidir. Azərbaycanın ucqar bölgəsindən gələn, başında ağlından, əlində istedadından başqa bir silahı olmayan cavan oğlan ancaq öz qabiliyyəti hesabına yüksəlir və onun qarşısını heç bir slavyan şovinizmi, sovet mexanizmi ala bilmir. O, Təhlükəsizlik orqanları generalı, Azərbaycan Respublikasının rəhbəri, Sovet İttifaqının rəhbərlərindən biri zirvələrinə qədər yüksəlir…
Sonra özü demiş, Naxçıvana qayıdır, kasıb bir daxmada yaşayır. Amma ulduz işığının və aydın insanın qarşısını heç vaxt, heç nə ilə almaq olmaz. Heydər Əliyev Azərbaycanda 2-ci dəfə, xalqın tələbi ilə hakimiyyətə qayıdır və yenə də öz ağlı, istedadı ilə ölkəsini dağılmaq, xalqnı məhv olmaq təhlükəsindən qurtarır…
Bu günlər Heydər Əliyevin anım günləridir. Allah Böyük insana rəhmət eləsin. Düşünürəm ki, Azərbaycanın Heydər Əliyev fenomeni daim öyrənilməli və öyrədilməlidir. Bizim gənclər üçün bir stimul, uğur nümunəsi kimi... Deməli, istedadlı insan öz qabiliyyəti, zəhməti ilə arzuladığı hər şeyə nail ola bilər, bütün zirvələrə ucala bilər… Sadəcə olaraq, istedadlı olmaq, istəmək və işləmək lazımdır…

Paralel.az

0.014954090118408