"Gəncə" toponiminin etimologiyası
21:28 11-12-2022
6923
Həsən Əliyev:
Gəncə şəhərinin etimoogiyası ensiklopedik məlumatlarda ərəb və fars mənşəli sözlərdən yarandığını qeyd edirlər.Əsasən fars dilində “gənc” sözündən olub, “xəzinə, məhsul anbarı” kimi mənalandırılır.Ərəb dilində isə fars kökənli “kənz” sözü kimi verilərək eyni mənanı bildirirlər.Əslində ərəb dilində “g” səsi olmadığından bu söz “k” səsi ilə əvəz edilmişdir.
Maraqlıdır ki, dahi mütəfəkkir şairimiz Nizami Gəncəvi (1141-1209) öz təxəllüsünü yaşadığı Gəncə şəhərinin adından götürmüşdür.Buradan aydın olur ki, hələ XII əsrdə şəhərin adı bu günkü adı ilə eyni səslənmişdir.
Bu gün Orta Asiya alimləri Gəncə şəhərinin adı ilə apardıqları araşdırmalarda onların da yerlərində “Gəncə” sözünə yaxın “gənçək” tayfa adının olmasını bildirir və bu adın tayfa adından yarandığını söyləyirlər.
Həqiqətən də ən qədim vaxtlarda tayfalar (etnoslar) tayfa adlarını (etnonim) öz tanrı inaclarının adı ilə adlandırırdılar.Bəzi vaxtlarda tayfalar birləşən zaman hər iki tayfanın adı birlikdə qəbul olunurdu.Ümumiyyətlə bütün dünya xalqları günəşi özlərinə tanrı və inanc kimi qəbul etmişlər.Günəş Tanrısının əbədiliyini qorumaq üçün odu tanrının simvolu kimi formalaşdırmışlar.Günəş batan kimi od yandırıb, növbə ilə onun keçməməsi üçün günəş doğana qədər ona qaravul çəkirdilər..”Qaravul” sözünün özü “Qor Tanrısı”nın adındandır.Bu günkü soyadlar Ocaqov, Qorçiyev və s. bu məxəzdəndir.
Qədim Oğuzlar da “Gün Tanrısı”na və “Günəş” inancına tapınmışlar.Əgər biz inancın tərifini ısas götürsək oğuz tayfalarının adlarında da bu izləri görəcəyik.Dilçilikdə olan qohum sait və samit keçidləri ilə “gün” sözü dialektlərdə “gün, xun, qun, kun, hun, yun və s. kimi eyni zamanda sait dəyişikliyi ilə “han, xan, qan, kan, yan” və s. kimi qərinələrdə işlənmişdir.Qədim əcdadımız olan HUNLAR da bu inancdan yaranmadır.Əgər sözduyumu ilə desəm Çinin adı da “gün” sözündəndir.Dilimizdə olan “inanc, inam, inanmaq və.s. sözlər də “gün” sözündən “g” hərfinin səsdüşümü (eliziya) ilə yaranmışdır.
Bu gün Orta Asiya ölkələrində “Çağatay” adı ilə adlanan tayfalar vardır.Vaxtı ilə Özbəkistanın aborigen xalqı “çağataylar” olmuşdur.

Əgər tanrının yaşını dilin yaranma tarixi ilə bir götürsək, onların yaratdığı sözlərdə olan fonetik dəyişkənkikləri ancaq sözduyumunun köməkliyi ilə müəyyən etmək mümkündür.Yəni müasir dilçilikdə mövcud olan qrammatik üslublar bu qaydaları tənzim edə bilmir.
Əgər biz “çağ” sözünün “gün” tanrısının epiteti kimi götürsək, “çağ” sözündən yaranan sözlər də, eyni paralellikdə “gün, od “ mənalarının daşıdığını görərik.Məs:dilimizdə səhər çağı yəni günəşin doğan vaxtı, ildırım çaxmağı,tüfəng çaxmağı; Türk dilində çoğ – qığılcım, alov şöləsi, şünəş şüası və s.
“Çağ” sözünün tarixi cəhətdən yaranmasına diqqət versək bu söz qədim “qa” tanrı adının metateza (yer dəyişikliyi) ilə “ağ” sözünə keçməsi və sonradan da proteza (səs artımı) ilə “ç” səsi artırılaraq “çağ” kimi formalaşmışdır.
Tanrı adlarında tarixi keçidləri nəzərə alsaq müəyyən etmək olar ki, “gün” tanrısına inanan tayfalar “çağ” tanrısına inanan tayfalarla birləşən zamanı onlar tayfamım adını birləşik formada “gənçəğ” kimi adlandırmışlar.Kaşğari də özünün “Divani Lüğəti Türkündə” türk tayfalarının dilində olan sözləri mənalandıranda sözün hansı tayfanın dilində olmasını qeyd edərkən o, “kənçəkcə” sözünü dəfələrlə işlətmişdir.Yəni min ildən artıq bir dövrdə bu tayfanın adı mənbədə çəkilirsə, “Gəncə” sözünün “gənçək” tayfasının adından yaranması mümkündür.Əgər Kaşğari Nizami Gəncəvi ilə yaxın dövrdə yaşamışsa və Dahi Nizaminin yurdu həmin vaxt Gəncə adlanmışsa, deməli “gəncə” sözü “gənçəğ” sözündən də qədimdir.
Toponimist alimlər belə bir qənaətə gəlmişdilər ki, tayfalar yerlərini dəyişərək köç edərkən tayfa adlarını da özləri ilə daşıyaraq yeni məskən saldıqları yerlərə həmin adı verirlər.Azərbaycanda, Orta asiyada, Türkiyədə “Boyat” tayfasının adı ilə bağlı çox sayda kənd, oba adları vardır.
Araşdırmadan belə nətcəyə gəlmək olur ki, “Gəncə” toponimi Qədim Oğuz tayfalarından olan “gün” və “çağ” tanrılarına inanan tayfa birliklərindən yarnanan “Günçağlar” tayfasının bu günkü ərazidə məskunlaşması nəticəsində “Gəncə” adı yaranmışdır.Elə bu səbəbdən də oradan keçən çayın adı “Gəncəçay”, dağın adı isə “Gəncədağ” adlandırılmışdır.Təşəkkür edirəm.
P.S.Maraqlıdır bizdən çox, bizim qonşular bizim toponimləri “alimcəsinə” araşdıraraq öz adlarına çıxmağa çalışırlar.Əslində onların yazdıqlarına dilçiliyin, tarixiin, coğrafiyanın əsasında aparılan elmi tədqiqatlar əsasında tutarlı faktlarla cavab vermək mümkündür.
Sadəcə olaraq işin dərinliyinə getmək lazımdır.Həqiqətən də ən qiymətli şeylər üzdə yox, dərinlikdə olur...

Paralel.az