"Telegram"-da artıq bunu da etmək mümkündür

 


Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan "Telegram", yeni xüsusiyyətlər gətirərək istifadəçilərin mesajlaşma prosesini yaxşılaşdırmağa çalışır.

“Paralel.az” xəbər verir ki, "Telegram", növbəti dəfə yeniləmə ilə tətbiqə tamamilə yeni xüsusiyyətlər gətirib. SİM kartsız qeydiyyat, bütün söhbətlərin avtomatik silinməsi, müvəqqəti QR kodları kimi bu faydalı xüsusiyyətlərə nəzər salaq.

Ödənişli abunə sisteminə də sahib olan "Telegram", dünən öz saytından verdiyi açıqlamada tətbiqə yeni xüsusiyyətlər əlavə etdiyini açıqladı. Yeniləmə istifadəçiləri sevindirəcək bir çox yenilikləri, məsələn, SİM kartsız qeydiyyatdan keçməyə imkan verir.

"Telegram"-ın verdiyi açıqlamada məxfiliyin yeni dövrünün başladığı bildirilib. Müvafiq olaraq, SİM kartsız "Telegram" hesabına sahib olmaq mümkün olacaq. İstifadəçilər fragment platformasında blokçeynlə dəstəklənən anonim nömrələrdən istifadə edərək proqrama daxil ola biləcəklər.

Bütün söhbətlərin avtomatik silinməsi

"Telegram" bildirir ki, bütün yeni çatlardan mesajları silmək üçün ümumi avtomatik silmə taymeri təyin edilə bilər.

0.017530918121338