Teolinqvistika və toponimlər

Teolinqvistika və toponimlər
 

Həsən Əliyev:
TOPONİMİKA elmi 3 elmin: coğrafiya, tarix və dilçiliyin qovşağında öyrənilir.Ancaq bu elm çox gəncdir.Keçən əsrin 70-ci illərindən formalaşmağa başlamışdır.Bu sahə uzun müddət onomastika sahəsi kimi öyrənilmişdir.Lakin o tək halda bu elmə məhsuldarlıq gətirə bilməmişdir.Azərbaycanda yaranan bu elm yeni addım atmağa başlayıb.Bu gün mövcud olan toponimlər əsasən aborigen xalqların qədim dillərində formalaşmışdır.Həmin torpaqlar yadellilər tərəfindən zəbt olunduqda toponimlər süni şəkildə dəyişdirilərək özgələşdirilir.(ermənilərin Qarabağda və Qərbi Azərbaycanda elədikləri kimi...)
Əgər toponimin izahını hər zaman tarixi faktorla bağlasaq, yəqin ki, bu elmi tarixçilər çoxdan əxz edərdilər.Əslində bu elmdə dilçiliyin rolu böyükdür.Hər hansı bir sözün ifadəsini dil yaradır.Dil burada həm tarixi, həm də coğrafi obyektlərin adlanmasında əsas rol oynayır.
Əgər biz toponimlərin etimologiyasını mövcud dilçilik qaydaları ilə izah etməyə çalışsaq məqbul sayılan nəticə əldə edə bilmərik.Dilin yaşı insanın yaşı ilə bərabərdir.Ən qədim insanların (arxantroplar) bacarıqlı insana (homo habilis) keçməsini milyon illərlə hesablayırlar.Onların paleanrroplardan müasir insana keçməsi də az müddətə başa gəlməmişdir.Həmin bu qədim insanların yaratdıqları paleotoponimlər (qədim) onların ibtidai düşüncəsi əsasında yaranmışdır.Həmin dövrdə nə tarix, nə coğrafiya, nə də dilçilik elmləri mpvcud deyildi.Ancaq bu qədim toponimlər onlardan bizə miras qalmışdır.(Çox vaxt regionlarda bəzi toponimlər başa düşülmədiyindən dəyişdirilir.Əslində bu tarixi izi itirməkdir.Təəssüflər olsun ki, bu hələ də davam edir.)
Ən qədim insanı təsəvvür etmək üçün onun ilkin söz yaradıcılığını təyin etmək lazımdır.Bundan çətin bir sahə yoxdur.Qazıntılar zamanı tapılan qədim insan qalıqları, məişət əşyalarını analiz edə bilən müasir cihazlar təxminən təlabatları ödəyir.Ancaq mənəvi xəzinəmiz olan sözləri heç bir müasir texnika öyrənə bilmir.Yəni sözün yaranmasına müasir dilçilik baxışı ilə yanaşma əbəsdir.
Müasir dilçilik elmində olan boşluq nəinki toponimləri, eləcə də dilimizdə olan qədim doğma sözlərin başa düşülməsini imkansızlaşdırır.Bunun səbəbi nədir?
Bunun səbəbi TEOLİNQVİSTİKAdır ki, bu elmi də bizim dilçi alimlərimiz qarşısına poladdan sədd çəkiblər.Yəni biz belə deməmişiksə, bu sənin tərəfindən olmaz.Elə bu səbəbdən də aramsız olaraq tezis şəklində məqalələr yazıram.Bəlkə nə vaxtsa bu yazılara inanarlar.Deyirlər akademik iqtibas gətir.Məgər lüğətlər akademik nəşrlər deyilmi?Cavabında deyirəm ki, əgər yazam ki, bu alimlər hamısı səhv yazıblar, bu isə mənim ədəb qaydama uyğun deyildir...Bir şey əydındır ki, heç bir qüvvə elmi inkişafın qarşısını ala bilməz.
Hörmətli Kamil müəllim inanın ki, Azərbaycan dilçiliyi bu sahənin 1-cisi olar və bütün dünya dilçiləri bunu bizdən öyrənərlər.İnkişaf etmiş ölkələrdə teolinqvistika yalnız dini kitablardakı allah kəlamlarının təfsiri ilə kifayətlənirlər.
Bu temanın materialı 4-5 kitab həcminə sığar.Əgər məqsədi qısa çatdırsam ən qədim insan ilk dəfə ətrafındakı təbiət hadisələrindən, vəhşi heyvanlardan gələn bədbəxtliklərdən qorunmaq üçün Tanrı axtarışına çıxmışlar və bunun nəticəsində özlərinə təsəvvürlə tanrı və onun inanclarını (totem) yaratmışlar.Akademik məlumatda deyilir ki, qədim insanlar tayfa şəklində tanrının yerdə inancını (totem) yaratmış, onun ətini yeməmiş, öz tayfalarının adını da həmin inancların adı ilə adlandırmışlar.Həmin tayfalar yaşadıqları ərazilərdə olan oykonimlərə, hidronimlərə, oronimlərə inanclarının adını vermişlər.Tayfa birlikləri yarananda hər bir tayfanın yaratdığı adlar onların söz lüğətini genişləndirmişdir.

Konkret bir misal gətirim.Bizim qədim əsdadımız olan OĞUZLARın dil tarixinə nəzər yetirək.Onun ərazisində olan dağın adı QAFQAZ dağları, dənizinin adı XƏZƏR dənizi və bu ərazidə yaşayan QƏDİM OĞUZLAR, XƏZƏRLİLƏR.Verilən adlara diqqətlə baxsaq burada “qaz” sözü dominantlıq edir.Səbəb qədim ulu tanrı və ulu dil “KA”-nın adından əmələ gələn tanrı və onun iki buynuzunun timsalında yaranan inancı ÖKÜZdür.Bütün dünya xalqlarında tanrı təsəvvürü eyni paralellikdədir.Hələ ən qədim əcdadlarımız öz adlarını “öküz” sözünün deformasiya uğramasından “oxuz” kimi anlamış və hamıya da bunu “ox” kimi anlatmışlar.Ancaq həqiqətdə bütün dünya tanrıçılığında inancın adı, “cow, korova, qav, bəqərə(kər), kəl (r-l)və s. kimi bir məxrəcdə ulu dil kimi formalaşmışdır.Respublikamızda olan Xızı rayonu və onun ətrafında yerləşən Xəzər dənizi, Gəncə şəhəri- Gəncə çayı və s.
Ən qədim insanlar dini rəvayətlər əsasında da toponimlər yaratmışlar.Naxçıvanda olan Əshabi-Kəhv ziyarətgahı, Cəbrayıl rayonunda Hacıqaraman, Ağdamda Qaraprim (əslində Qara Pir-yəni “böyük ocaq”) və s. Naxçıvanın adı da Nuhun rəvayətinə görə peyğəbbərin adı ilə yaranmışdır.
Teolinqvistikanın öyrənilməməsi dildə olan baryerləri keçməyə imkan vermir “söz daşlaşıb” deyə canqurtaranlıq olunur.Ətrafımızda olan qədim toponimlərin əksəriyyəti tanrı və inancların adları ilə yaranıb.Kür-Qor tanrısı, Araz –(q)or+us), Qar-qar (qor),Oxçu çayı(oğuz) və s.Toponimin yaşı qədim insanın düşüncəsinin tarixi ilə üst-üstə düşür.Bu toponimləri bugünkü düşüncəmizlə axtarmamalı, qədim insanların psixologiyasına uyğun şəkildə öyrənilməlidir Teolinqvistika və onun yaratdığı teoforları, psixolinqvistika və onun yaratdığı sözləri tanrı təsəvvürünə bələd olmadan tapmaq mümkün deyildir.Teolinqvistika dürüst şəkildə heç bir ölkənin dilçilik elmində öyrənilməmiş və belə getsə qarşılarına qaranlıqdan başqa bir şey çıxmayacaqdır.Tanrı yolumuza işıq saçsın!
P.S. Sözsüz..

Paralel.az

0.022938966751099