Fərqlilik anlayışı deyir ki...
Siracəddin Hacı:
- “fərq” sözü ərəbcədir, “f-r-q” kökündəndir, “yarmaq”, “ayırmaq”, “ayırıcı ölçü”, “ayrı/fərqli olan parça” kimi mənaları var;
- yarır, ayırır, seçir;
- sınır qoyur, yox deyir, fərqliyəm mesajı verir;
- doğulmaq seçilməkdir, insan trilyonda bir ehtimalla dünyaya gəlir, seçilir, ana rəhminə doğru axan trilyon toxumdan yalnız biri seçilir;
- Allah seçir, səni seçir, sual budur: niyə məhz səni seçdi, səni niyə var etdi, sənə hansı anlamı, işi yüklədi, bu dünyada niyə varsan, haradan gəlib haraya gedirsən?;
- nemətdir – nemət insanı sevindirən şeydir;
- fərqlilik Allahın ayəsidir, qanunudur, yaradılanlar arasında bir-birinin eynisi olan heç bir varlıq yoxdur, barmaq izləri belə fərqlidir, bir almanın, çiçəyin, suyun yüzlərlə növü var;
-Allah varlıqları bir də ona görə fərqli yaradıb ki, insana seçməyi öyrətsin, insan ağıl və iradənin haqqını versin, seçən azad olar, azad olan dəyər qazanar;
- başqalarına görə, kim nə deyər ölçüsü ilə yaşamaq insanı meymuna çevirər;
- fərqliliyi qəbul etmək, sayğı duymaq təməl insan haqqıdır, mərhəmətdir, ərdəmdir, ədalətdir, ağıl və iradəyə, seçim haqqına ehtiramdır, elə buna görə də Allah buyurur ki, dində məcburiyyət yoxdur;
- fərqliliyi qəbul etmək onu təsdiqləmək, bəyənmək anlamını daşımır, fərqli olanın varlığını qəbul edirsən, deyirsən ki, seçim də, seçiminin məsuliyyəti də ona aiddir, mən başqasının məsuliyyətini daşımağa məcbur deyiləm;
- fərqliliyi yox etmək zülmdür;
- fərqlilik zənginlikdir;
- həyatı öyrədir;
- tanıdır – eyni olsa idik, anamızı tanımazdıq;
- Allahın qüdrətinə işarə edir;
- inkişafa yol açır – Azərbaycanın böyük insanlar yetişdirməsinin səbəbi fərqli mədəniyyətlərlə əlaqə quraq bacarığıdır, Azərbaycanda saz da, tar da, heca da, əruz da, qəzəl də, qoşma da, milli musiqi də, rep də, caz da... var;
- ağılı çalışdırır;
- qapalılığa imkan vermir, qapalılıq çürümə səbəbidir;
- gözü hərəkətləndirir;
- düşüncə zənginliyinə yol açır;
- elmi inkişafa təkan verir;
- müzakirələrə səbəb olur;
- fikri, anlayışı dərinləşdirir;
- düşünməyi sövq edir;
- nəslin sağlamlığını təmin edir – qarışıq evliliklər nəsli təmizləyir;
- birgə yaşayışı öyrədir;
- uyum/ahəng yaradır;
- fərqli ehtiyacları təmin edir;
- təkrarı önləyir – eyni şeyi etmək, eyni işi görmək, eyni yerdə qalmaq, eyni paltarı geyinmək, eyni yeməyi yemək insanı yorur, bezdirir, stressə yol açır;
- sevindirir;
- gözəlləşdirir;
- diqqəti cəlb edir;
- maraq oyadır;
- cəlb edir;
- başqalarından seçir;
- yarış havası yaradır, yarış inkişafa səbəb olur;
- deyir ki, tək olmaq ancaq Allahın haqqıdır, yaradılmışlar çox və fərqlidirlər;
- hamı mənim kimi olmalıdır demək zalımlıqdır;
- didişmələrin səbəbi fərqlilik deyil, fərqliliyi qəbul etməməkdir;
- fərqliliyi fərq etməyənlər hüzura qovuşmazlar;
- insanın;
- üzlərin;
- xarakterlərin;
- dağların;
- çiçəklərin;
- böcəklərin;
- ətirlərin;
- rənglərin;
- suların;
- dadların;
- ağacların;
- ölkələrin;
- meyvələrin;
- şeirlərin;
- vəznlərin;
- sənətlərin;
- işlərin;
- sözlərin;
- gülüşlərin;
- səslərin;
- dillərin;
- yeməklərin;
- notların;
- istedadların;
- FƏRQLİ olması insana ÜMİD verir, onu sevindirir, stresdən qoruyur, həyat enerjisini artırır, deyir ki, UCA ALLAH kainatı bir orkestr kimi dizayn edib: çalğıçılar, çalğı alətləri, səslər fərqli olsalar da, hamısı eyni notu çalır, hamısı deyir ki, ALLAHDAN BAŞQA İLAH YOXDUR – LA İLAHƏ İLLALLAH!
- Allah buyurur: Sizi ona görə fərqli yaratdım ki, bir-birinizi tanıyasınız, anlayasınız, bir-birinizi zənginləşdirəsiniz, həqiqəti öyrənəsiniz, Allahın varlığına şahid olasınız;
CÜMƏMİZ MÜBARƏK OLSUN, ALLAH BİZİ FƏRQLİLİKLƏRİ GÖRƏN, QƏBUL EDƏN, ONA SAYĞI DUYANLARDAN ETSİN, GÖZƏL İNSANLAR!
Paralel.az